DÜNYA


İSTANBULDA AVROPANIN ƏN İRİ TİCARƏT MƏRKƏZİ AÇILMIŞDIR

AZƏRTAC xəbər verir ki, İstanbulda Avropanın ən iri Ticarət Mərkəzi açılmışdır. “Cəvhir Şopinq Mall” adlanan mərkəzin tikintisi 12 ildən çox çəkmişdir. 420 000 kvadratmetr sahədə 280 mağaza, 34 kafe-qəlyənaltı, 14 restoran, məşhur firmaların mağazaları yerləşdirilmişdir.

Burada kinoteatr, teatr, attraksion və bir çox digər əyləncə obyektləri işləyir. Nəhəng şüşə damda isə dünyada ən iri saat qoyulmuşdur. Onun rəqəmlərindən hər birinin hündürlüyü 3 metrdir.

Lakin İstanbul Ticarət Mərkəzi böyüklüyünə görə Kanadanın “Uest Edminton Mall” mağazasından geri qalır. Bu mağazanın sahəsi 500 000 kvadratmetrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.