DÜNYA
İSTANBULDA AVROPA İLƏ ASİYANI BİRLƏŞDİRƏCƏK“MƏRMƏRƏY” SUALTI METRO TUNELİNİN TƏMƏLQOYMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 9-da İstanbulda Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğanın, nazirlərin, deputatların, xarici ölkə diplomatlarının iştirakı ilə Avropa ilə Asiya qitəsini birləşdirəcək sualtı metro tunelinin təməlqoyma mərasimi keçirilmişdir. “Mərmərəy” adlanan layihənin 2009-cu ildə başa çatdırılması planlaşdırılıb. Metro xəttinin 1600 metrlik hissəsi Bosfor boğazı sularının altından keçəcək. Metro tunelinin tikintisi təxminən 800 milyon ABŞ dollarına başa gələcək. Layihə yapon şirkəti tərəfindən hazırlanmışdır. Tunel suyun dibindən 58 metr dərinlikdə və Rixter cədvəli ilə 9 bal gücündə zəlzələyə davamlı olacaq. “Mərmərəy”ın tikintisi zamanı Bosforda gəmilərin hərəkətlərində məhdudlaşdırmalar nəzərdə tutulsa da, boğaz tamamilə bağlanmayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]