DÜNYA
İSTANBULDA “MOBİL ELEKTRON İZLƏMƏ SİSTEMİ”NİN TƏTBİQİNƏ BAŞLANMIŞDIR
Yeni sistem axtarışda olan şəxsləri onun yaddaşına daxil edilmiş fotoşəkillər əsasında, hətta izdihamlı yerlərdə aşkarlamağa, şübhəli maşınların şəhərdə hərəkətini nömrə nişanlarına əsasən nəzarətdə saxlamağa imkan verəcəkdir.
Təhlükəsizlik İdarəsinin binasında şəhərdə vəziyyətə nəzarət üçün Elektron İzləmə Mərkəzi yaradılır. Televiziya kameralarından gecə-gündüz fasiləsiz alınan informasiya 24 kvadratmetrlik iri ekranda göstəriləcəkdir ki, bu da İstanbulda hadisələri daim nəzarətdə saxlamağa, onların və cinayətlərin qarşısını almağa dair təcili qərarlar qəbul etməyə imkan verəcəkdir. Bu proqrama uyğun olaraq, 3,5 min polis maşınında müvafiq elektron avadanlığı quraşdırılacaqdır.
“Mobil elektron izləmə sistemi”nin dəyəri 8 milyon dollardır.