DÜNYA


İSTANBUL AVROPANI ASİYA İLƏ SUALTI YOLLA DA BİRLƏŞDİRƏCƏK

AZƏRTAC xəbər verir ki, İstanbulda “Mərmərəy” dəmir yol tuneli tikintisinin ikinci mərhələsinə rəsmən başlanmışdır. O, Sultan Məhəmməd Fateh və Bosfor körpülərindən sonra üçüncü birləşdirici yol olacaqdır.

Tikintinin hazırlıq işlərinə və birinci mərhələsinə hələ mayda, Yaponiyanın “Taisei Corporation” şirkəti Türkiyə hökumətinin elan etdiyi müsabiqədə qalib gəldikdən sonra başlanmışdır. Layihənin ümumi dəyəri 2,5 milyard dollardır.

Tunel Bosfor boğazı altında, 55 metr dərinlikdə çəkiləcək və dünyada ən dərin belə qurğu olacaqdır. 13,3 kilometr uzunluğunda və dördcərgəli sualtı yol Rixter cədvəli ilə 9 bal gücündə zəlzələyə tab gətirəcək, hər iki istiqamətdə saatda 150 min sərnişin daşıya biləcəkdir.

Tunelin açılışı 2008-ci ildə olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.