ELM VƏ TƏHSİL
İSTEDADLI GƏNCLƏRİ OLAN AZƏRBAYCANIN ÇOX PARLAQ GƏLƏCƏYİ VAR
Hörmətli qonaq və səfirliyin nümayəndələri bu təhsil ocağında xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar.
Təhsil ocağı haqqında məlumat verən direktor, professor Elman Məmmədov bildirmişdir ki, burada əsas məram fənləri şagirdlərə yaxşı mənimsətmək, elmin, müasir informasiya texnologiyalarının sirlərini onlara dərindən aşılamaq, gəncləri vətənpərvər ruhda tərbiyə etməkdir.
Qonaqlar 5-ci sinif şagirdləri üçün xüsusi dərs keçmişlər. Onları Azərbaycan və ingilis dillərində salamlayan məktəblilər maraqlı musiqi kompozisiyası göstərmişlər.
Təhsil kompleksi ilə tanışlıqdan məmnun qaldığını bildirən xanım Toşiko Abe demişdir ki, olduqca gözəl və istedadlı gəncləri olan Azərbaycanın çox parlaq gələcəyi var.
Heydər Əliyev adına MTK-nın Fəxri qonaqlar kitabına ürək sözlərini yazan səfirin xanımına şagirdlərin əl işi hədiyyə olunmuşdur.