ELM VƏ TƏHSİL


İSTEDADLI MƏKTƏBLİLƏR BEYNƏLXALQ MÜSABİQƏDƏ UĞURLA İŞTİRAK ETMİŞLƏR

AZƏRTAC xəbər verir ki, Braziliyanın Novo Hamburgo şəhərində XX beynəlxalq Mostratec layihə müsabiqəsi keçirilmişdir.

Orta məktəblərdə tədris olunan bütün fənlər üzrə keçirilən müsabiqəyə 18 ölkə nümayəndələri tərəfindən 185 layihə təqdim edilmişdir. Müsabiqədə ölkəmiz Çağ Öyrətim İşlətmələri Şirkətinin Bakı Özəl Türk Liseyi, Dədə Qorqud Özəl Türk Liseyi və “Qafqaz” gimnaziyasının şagirdləri ilə təmsil olunmuşdur. Bakı Özəl Türk Liseyinin XI sinif şagirdləri Adil Mənsimov, Ceyhun Cabbarov və Dədə Qorqud Özəl Türk Liseyinin X sinif şagirdi Yusif Xudiyev fizika üzrə, “Qafqaz” gimnaziyasının X sinif şagirləri Azadə İbrahimova, Nigar Bayramlı və Səfiyə Həsənova isə ekologiya üzrə müsabiqədə yüksək nəticə əldə edərək bürünc medala layiq görülmüşlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.