Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“İSTEHSALAT VƏ MƏİŞƏT TULLANTILARI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2007-Cİ İL 22 MAY TARİXLİ 341-IIIQD NÖMRƏLİ QANUNUNUN İCRASININ TƏMİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli 341-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “səlahiyyətli orqan”ın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin