Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“İSTEHSAL, XİDMƏT, MALİYYƏ-KREDİT FƏALİYYƏTİNƏ DÖVLƏT NƏZARƏTİNİN QAYDAYA SALINMASI VƏ ƏSASSIZ YOXLAMALARIN QADAĞAN EDİLMƏSİ BARƏDƏ”, “DÖVLƏT NƏZARƏTİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ VƏ SAHİBKARLIĞIN İNKİŞAFI SAHƏSİNDƏ SÜNİ MANEƏLƏRİN ARADAN QALDIRILMASI HAQQINDA” VƏ “ALKOQOLLU İÇKİLƏR, ETİL (YEYİNTİ) SPİRTİ VƏ TÜTÜN MƏMULATI İSTEHSALININ, İDXALININ VƏ SATIŞININ TƏNZİMLƏNMƏSİ SAHƏSİNDƏ ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 3 aprel tarixli 782-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 92 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 iyun tarixli 463 nömrəli Fərmanının 2-ci bəndinin ikinci, üçüncü, dördüncü abzaslarında və 4-cü bəndinin birinci abzasında ismin müvafiq hallarında “Baş Dövlət Vergi Müfəttişliyi” sözləri ismin müvafiq hallarında “Vergilər Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 7 yanvar tarixli 69 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 1, maddə 22) 7-ci və 11-ci bəndlərində “Baş Dövlət Vergi Müfəttişliyinə” sözləri “Vergilər Nazirliyinə” sözləri ilə əvəz edilsin.

3. “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 90 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 74; 2001-ci il, № 10, maddə 640; 2002-ci il, № 8, maddə 487; 2003-cü il, № 10, maddələr 571, 585; 2007-ci il, № 12, maddə 100; 2008-ci il, № 9, maddə 798; 2009-cu il, № 4, maddə 226) 1-ci və 7-ci bəndlərində ismin müvafiq hallarında “Baş Dövlət Vergi Müfəttişliyi” sözləri ismin müvafiq hallarında “Vergilər Nazirliyi” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyul 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin