SİYASƏT
İSVEÇDƏ AZƏRBAYCANLILARIN MART SOYQIRIMI İLƏ ƏLAQƏDAR SİMPOZİUM KEÇİRİLƏCƏKDİR
Bakı, 8 aprel (AZƏRTAC). Dünya Azərbaycanlıları Konqresi (DAK) “Odlar Yurdu” dərnəyi ilə birlikdə ermənilərin 1918-ci ilin martında Azərbaycanda həyata keçirdiyi soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə aprelin 9-da İsveçin paytaxtı Stokholm şəhərində simpozium keçirəcəkdir.
Tədbirdə DAK rəhbərliyinin, Azərbaycanın İsveç Krallığındakı səfirinin və Milli Məclisin deputatlarının, eləcə də bu ölkədə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçilərinin iştirakı nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [11:50]
Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb
- 25.04.2024 [07:17]
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO
- 06.04.2024 [17:26]