RƏSMİ XRONİKA
İSVEÇRƏLİ SOYDAŞLARIMIZIN VƏTƏN HƏSRƏTİ
Cəmiyyətin sədri Vətənlə əlaqələrin sıxlaşdırılması üçün həyata keçirilən tədbirlərdən və Azərbaycanın haqq işi barədə məlumatın dünyaya çatdırılması üçün gördükləri işdən geniş bəhs etdi. Əkbər Gəncə onu da bildirdi ki, hazırda cəmiyyətin nəzdində Heydər Əliyev adına Fond yaradılıb və biz çalışacağıq ki, bu fond geniş imkanlara malik olsun.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev çıxış etdi.
İsveçrə-Azərbaycan Cəmiyyətinin üzvləri bu görüşə vaxt ayırdığı üçün Azərbaycan Prezidentinə dərin minnətdarlıq etdilər. Onlar dedilər ki, biz Sizin bütün dünyada böyük nüfuz qazanmağınıza ürəkdən sevinirik və yaxşı bilirik ki, Vətənimizi yalnız Sizin kimi müdrik bir rəhbər indiki çətinliklərdən çıxara bilər.
Görüşdə İsveçrədə Azərbaycan səfirliyinin açılması, xaricdə yaşayan azərbaycanlılara doğma vətənin pasportunun verilməsi və digər məsələlər barədə təkliflər irəli sürüldü. Prezident bu təklifləri maraqla dinlədi və onların hər birinin həllinə diqqət yetirəcəyini söylədi.