İTALİYADA 20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR

Azərbaycanın İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfirlikdə 20 Yanvar faciəsinin 17-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
İtaliyada yaşayan soydaşlarımızın, ölkə ictimaiyyəti nümayəndələrinin və səfirliyin əməkdaşlarının iştirak etdiyi tədbirdə səfir Emil Kərimov Azərbaycanın yeni tarixinin qanlı səhifələrindən biri kimi yadda qalmış 20 Yanvar faciəsi barədə məlumat vermiş, faciənin səbəbləri və nəticələri haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının əhəmiyyətini vurğulamışdır.
Mərasimin sonunda “20 Yanvara aparan yol” sənədli filmi nümayiş etdirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.