İDMAN


İTALİYALI JURNALİSTLƏR FUTBOL ÜZRƏ DÜNYA YIĞMA KOMANDASININ HEYƏTİNİ TƏYİN ETMİŞLƏR

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İtaliyanın paytaxtı Roma şəhərində çap olunan “Corriere dello Sport” qəzeti redaksiyasının əməkdaşları yeni, 2008-ci il ərəfəsində futbol üzrə dünya yığma komandasının heyətini təyin etmişlər.

Jurnalistlərin rəyinə görə heyət belədır: Qapıçı- Buffon (İtaliya, “Yuventus”da oynayır), müdafiəçilər-Zambrotta (İtaliya, “Barselona”), Kannavaro (İtaliya, “Real”), Terri (İngiltərə, “Çelsi”), Abidal (Fransa, “Barselona”), yarımmüdafiəçilər- Lempard (İngiltərə, “Çelsi”), Pirlo (İtaliya, “Milan”), hücumçular- Messi (Argentina, “Barselona”), Kaka (Braziliya, “Milan”), Ronaldinyo (Braziliya, “Barselona”) və Totti (İtaliya, “Roma”).

Qəzetin əməkdaşları dünya yığma komandası üçün 4+2+3+1 taktiki sxemini seçmişlər.

Jurnalistlərin fikrinə görə, bu komandaya İtaliya yığmasına sonuncu, 2006-cı il dünya çempionatında qələbə qazandırmış, hazırda isə işsiz olan Marçello Lippi məşqçilik etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.