RƏSMİ XRONİKA


“İTERA” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarovdan

 Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi şəxsən öz adımdan və “İTERA” Beynəlxalq Şirkətlər Qrupunun bütün kollektivi adından səmimi qəlbdən təbrik edirəm.

Üçüncü dəfə Prezident seçilməyiniz Sizin gözəl ölkəniz üçün həqiqətən tarixi əhəmiyyətli, taleyüklü hadisədir. Bu, həm Sizin yürütdüyünüz siyasətin Azərbaycan xalqı tərəfindən fəal dəstəklənməsinə dəlalət edir, həm də Azərbaycan Respublikasında sabitlik, tərəqqi və firavanlıq yolu ilə daha da irəliləmək üçün çox mühüm amildir.

Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə böyük uğurlar, əməksevər Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq və sabaha inam arzulayıram.

Səmimi hörmətlə,

İqor Makarov

“İTERA” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin