CƏMİYYƏT


İTV-nin binasında tüstülənmə ilə bağlı müraciət edənlərə lazımi tibbi yardım göstərilib

Bakı, 28 sentyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, dünən gecə saatlarında “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında yanğın olub. Tüstülənmə ilə bağlı saat 00:19 Təcili Tibbi Yardıma çağırış daxil olub. İki nəfər (kişi) müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciət edənlərdən birinə yerində yardım göstərilib, digəri isə tüstüdən boğulma diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsinə gətirilib, lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.