Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

IV Mədəniyyətlərarası Dialoq Forumu 40-dək beynəlxalq təşkilatı bir araya gətirəcək

IV Mədəniyyətlərarası Dialoq Forumu 40-dək beynəlxalq təşkilatı bir araya gətirəcək

Bakı, 1 may, AZƏRTAC

Paytaxtımız növbəti beynəlxalq nüfuzlu tədbirə hazırlaşır. Mayın 4-dən 6-dək Azərbaycan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna (ÜMDF) ev sahibliyi edəcək. Yenə də dünyanın siyasi və mədəni həyatında xüsusi çəkisi olan dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri, siyasətçilər, hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, alimlər Bakıya üz tutacaqlar. Elə bu ərəfədə Forumla bağlı daha geniş məlumat almaq üçün Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, ÜMDF-nin Təşkilat Komitəsi və beynəlxalq işçi qrupunun katibi Vasif Eyvazzadə ilə görüşüb söhbət etdik.

-Vasif müəllim, Bakıda artıq 4-cü dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Budəfəki Forumun əvvəlkilərdən fərqi nədədir?

-Əvvəla bu mötəbər tədbirə xüsusi diqqət ayırdığına görə AZƏRTAC-ın kollektivinə təşəkkür edirəm. Bildiyiniz kimi, ölkəmizdə 4-cü dəfə təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin qlobal təşəbbüsüdür. Təsadüfi deyil ki, bu Forumun və prosesin tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq təşkilatlardır. Tədbirin dəvət məktubları Azərbaycan tərəfi ilə yanaşı, adlarını qeyd etdiyim təşkilatların rəhbərlərinin birgə imzası ilə göndərilib. Bu addım dövlətimizin başçısının dünya miqyasında sülh və dialoqa, əməkdaşlığa çağırış siyasətini dəstəkləməsinə bariz nümunədir. IV Forumun “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” şüarı gələn il 10 yaşı tamam olacaq “Bakı prosesi”nin bütün mərhələlərindəki çağırışları və beynəlxalq gündəlikdə duran məsələləri əks etdirir. Bu baxımdan Forum çərçivəsində ölkəmizin təklifi və tərəfdaş beynəlxalq qurumların dəstəyi ilə bir sıra yeni təşəbbüslərin əsası qoyulacaq.

“Bakı prosesi” və ya beynəlxalq
tədbirlərin formatında yeni ənənələr

-Siz “Bakı prosesi”ni qeyd etdiniz. Dövlətimizin başçısı İlham Əliyev bu prosesin beynəlxalq əhəmiyyətini dəfələrlə qeyd edib. İstərdik ki, “Bakı prosesi”nin tarixindən danışasınız.

-Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib və xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni müxtəlifliyə dəstəyin bariz nümunəsidir. Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs çərçivəsində 2008-ci ildə dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransı, “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə oktyabrın 13-15-də paytaxtımızda İslam ölkələri mədəniyyət nazirlərinin VI Konfransı keçirilib. Avropa konfransına 10 müsəlman ölkəsindən, İslam ölkələri nazirlər konfransına isə Avropadan 10 ölkənin Azərbaycan tərəfindən dəvət edilməsi ilə dövlətimiz beynəlxalq tədbirlərin formatına yeni ənənələr gətirib.

Bunun davamı olaraq 2010-cu il sentyabrın 23-də BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edilib. Beləliklə, Azərbaycan regional təşəbbüsdən qlobal miqyasa çıxıb. Nəticədə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə əsası qoyulmuş “Bakı prosesi” çərçivəsində 2011-ci, 2013-cü və 2015-ci illərdə I, II və III Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, habelə 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ölkəmizdə yüksək səviyyədə təşkil edilib. 170-dən çox ölkənin, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dünyanın tanınmış şəxsiyyətləri və elm adamları da daxil olmaqla sözügedən forumların ümumi iştirakçılarının sayı təqribən 10 minə yaxın olub və bu iştirakçılar intellektual və idarəetmə sahələrində dünyanın nüfuzlu insanlarıdır.

Bu sıraya Bakıda keçirilmiş Bakı Beynəlxalq Humanitar forumlarını, Dünya Dini Liderlərinin Sammitini, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən forumları, eləcə də Olimpiya Oyunları səviyyəsində təşkil olunmuş Avropa Oyunlarını, Forumdan sonra keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarını əlavə etmək olar. Bütün bunlar dövlət siyasətimizin vahid strateji xəttini nümayiş etdirir.

Altı mühüm təşəbbüs, 40-dək sessiya və tədbir

-Siz yeni təşəbbüslər dediniz. Onlar hansılardır və əhəmiyyəti nədən ibarətdir?

-Birinci mühüm təşəbbüs Forum çərçivəsində ilk dəfə olaraq Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısının keçirilməsidir. Məqsəd Azərbaycanın təşəbbüsü ilə dünyanın siyasi, mədəni, hərbi, iqtisadi, sosial, maliyyə və digər beynəlxalq təşkilatları “Mədəniyyətlərarası dialoq, sülh, insan təhlükəsizliyi və davamlı inkişaf” mövzusunda ilk dəfə bir araya gətirərək birgə fəaliyyət mexanizmlərini müəyyənləşdirməkdən ibarətdir. Bununla da ölkəmiz həm mədəniyyətlərarası dialoq mövzusunda beynəlxalq təşkilatlar arasında əməkdaşlıq mühiti yaradır, həm də bu istiqamətdə vasitəçilik potensialını ortaya qoymuş olur. Təqribən 40-dək beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri həm Forumda, həm də onun çərçivəsində keçiriləcək bu iclasda iştirak edəcək. İlk dəfədir ki, bu sayda beynəlxalq təşkilat ölkəmizdə bir araya gəlir.

İkinci vacib təşəbbüs Azərbaycan dövləti ilə UNESCO-nun birgə Forum çərçivəsində “Qızların təhsili vasitəsilə zorakı ekstremizmə qarşı” adı altında qızların təhsili vasitəsilə zorakı ekstremizmin qarşısının alınması, miqrant və qaçqın problemlərini ehtiva edən yüksək səviyyəli tədbirin keçirilməsi və bu tədbirdə “Qlobal Çağırış”ın elan edilməsidir. Görüşdə qızların təhsilinin zorakı ekstremizmin qarşısının alınmasında rolu, münaqişə və ekstremizmin qızların təhsilinə vurduğu zərər, qaçqın və miqrant qızların təhsil problemləri müzakirə olunacaq. Bu layihənin özəlliyi ondadır ki, bu, daim UNESCO-nun gündəliyində və fəaliyyətində yer alan bir proqram olacaq.

Üçüncü əhəmiyyətli təşəbbüs Azərbaycanın təklifi ilə Forum çərçivəsində hökumət rəhbərləri və nazirlərin təmsil olunacağı Dünya Forumu Nazirlər Görüşünün təsis edilməsidir. Bu toplantı Forumda təmsil olunacaq hökumət rəsmilərinə imkan verəcək ki, öz dövlətlərinin mövqeyini rəsmi şəkildə ifadə edə bilsinlər. Burada, həmçinin biz üçüncü dəfədir ki, mədəniyyət və turizm sahələrinə cavabdeh nazirliklərin, dövlət qurumlarının bir araya gəlməsinə imkan yaradırıq.

Dördüncü vacib təşəbbüs “Bakı prosesi” və Forum çərçivəsində ilk dəfə BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) ilə birgə “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” mövzusunda xüsusi plenar sessiyanın keçirilməsidir. Bu tədbirə əsasən təşkilatın xoşməramlı səfirləri və digər rəsmi şəxslər dəvət olunub.

Bildiyiniz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva FAO-nun xoşməramlı səfiridir və bu layihə məhz onun dəstəyi ilə gercəkləşəcək. Növbəti aylarda layihənin 2-ci mərhələsi Romada təşkilatın baş qərargahında böyük tədbir kimi davam edəcək.

Beşinci mühüm təşəbbüs ilk dəfə “Bakı prosesi”nə yeni element kimi ekstremizmə qarşı mübarizədə parlamentlərin mədəniyyətlərarası dialoqunun roluna xüsusi yer verilməsidir. Bu mənada Forum çərçivəsində “Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu?” mövzusunda xüsusi sessiya keçiriləcək. Yəni, Azərbaycanın təşəbbüsü ilə parlamentlər də bu prosesə aktiv cəlb olunur və hətta braziliyalı deputatın təklifi ilə bu mövzuda xüsusi bir layihənin əsası qoyulacaq.

Altıncı mühüm təşəbbüs Azərbaycan Respublikası və BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən birgə “Mədəniyyətlərarası dialoqda liderlik naminə “Bakı prosesi” mükafatı”nın elan edilməsidir. Bu mükafat beynəlxalq səviyyədə elan olunur və beynəlxalq münsiflər heyətinin qərarı ilə bu sahədə dünyanın çox nüfuzlu şəxsinə təqdim olunacaq. Mükafat “Bakı prosesi”nin 10 illik yubileyi şərəfinə hazırlanır və 2018-ci ildə qalibə təqdim ediləcək.

Bununla yanaşı, Azərbaycanın təşəbbüsü ilə 2015-ci ildəki Forumda əsası qoyulmuş, UNESCO-nun dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərən mədəniyyətlərarası və dinlərararası dialoq üzrə kafedra və elmi mərkəzlərinin ilk toplantısının davamı olaraq 2-ci toplantısı da IV Forum çərçivəsində baş tutacaq. Yəni, dünyanın bu sahə üzrə nüfuzlu elm adamları, fikir sahibləri bizim vasitəçiliyimizlə yenidən bir araya gələcəklər.

Qeyd etdiyim tədbirlərlə yanaşı, Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-dək sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək.

Forumun yüksək səviyyəli tədbirləri BMT tərəfindən həm onların televiziyası, həm də internetdə canlı yayımlanacaq. Bu ilk hadisədir ki, bilavasitə BMT-nin tədbiri olmasa da BMT vasitəsilə canlı yayım təmin ediləcək.

Dövlət qurumlarını və ziyalıları Forumda fəal olmağa çağırırıq

-Bəs bütün bu tədbirlər və layihələr ölkəmizə nə verir?

-Gördüyünüz kimi, bu Forum bir tədbir olmayıb, böyük strateji hədəflərə hesablanan prosesdir. Yəni burada ölkəmizin beynəlxalq qurumlararası münasibətlərə, beynəlxalq təşkilatlarla ölkələr arasında münasibətlərə, ölkələrarası əlaqələrə, ölkələr daxilində qurumlararası münasibətlərə töhfə vermə imkanları qazandıran fəaliyyətdən söhbət gedir. Ona görə də bütün dövlət qurumlarını və intellektual, ziyalı insanlarımızı bu tədbirdə fəal olmağa və geniş əlaqələr qurmağa dəvət edirik. Bu, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük imkanlardan biridir. Bir məqama toxunmaq istərdim. Bilirsiniz, zaman hər hadisəyə lazımi qiymətini verir. “Bakı prosesi” 2008-ci ildə Azərbaycan Prezidenti tərəfindən başlananda regional layihə idi və İslam dünyası ilə Avropa arasında dialoqu nəzərdə tuturdu. Daha sonra, əvvəldə qeyd etdiyim kimi, 2010-cu ildə BMT Baş Məclisində Prezident İlham Əliyev tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü irəli sürüldü. Bu, artıq dünyaya mesaj idi və ölkəmizin qlobal səviyyədə mədəniyyətlərarası münasibətlərə töhfəsini nümayiş etdirdi. Sonrakı hadisələr göstərdi ki, ölkəmizin məqsədi beynəlxalq arenada universal dəyərlərə söykənən sistemin və münasibətlərin möhkəmlənməsinə xidmət edir. Bu dəyərlər isə tarixən Azərbaycan xalqının milli xüsusiyyətində, həyat tərzində, düşüncəsində, mehriban birgəyaşama mədəniyyəti formasında mövcud olaraq dövlətimizin siyasətində də öz əksini tapıb. Məhz bu amillərə görə Azərbaycan Prezidenti 2011-ci il 27 may tarixli Fərmanı ilə Forumun təşkilində Mədəniyyət və Turizm Nazirliyini əlaqələndirici qurum təyin edib. Əsas məqsədlərdən biri bu cür forumlar vasitəsilə həm xalqımızın çoxminlilik mədəniyyətini, həm də müasir inkişaf mədəniyyətini beynəlxalq aləmə təqdim etməkdir.

Ölkəmizdə ilk dəfə: 25-dən çox beynəlxalq təşkilatın rəhbəri eyni tədbir

-Yəni tolerantlığın təbliğinin dövlətimizin siyasətində xüsusi yeri var. Elədir?

-Əgər subyektiv mövqeyimi bilmək istəyirsinizsə deyərdim ki, xalqımız tolerantlıq hissinə malik olmaqdan daha da irəlidədir. Bizim mədəniyyətimiz, başqalarına münasibətimiz dözümlülükdən daha irəli gedərək digərlərini qəbul etmə prinsipinə əsaslanır. Bu prinsip və dəyərlərin dərin kökləri var və tariximiz bunu sübut edir. Azərbaycan xalqı tarixboyu heç bir işğalçı fəaliyyətin iştirakçısı və təşkilatçısı olmayıb. Əksinə, daim bunun qurbanı olub. Bizə qarşı bütün ədalətsizliklərə baxmayaraq xalqımız və dövlətimiz sülh və əməkdaşlığa, mədəniyyətlərin dialoquna inam və etimadını nəinki qoruyub saxlayıb, həm də dünya səviyyəsində bütün imkanlarından istifadə edərək bu xoşməramlı dəyərləri təbliğ edib və bu gün də edir.

-Vasif müəllim, yekunda Forumun iştirakçılarının tərkibi barədə nə deyə bilərsiniz?

-Hazırda Forumda iştirak etmək üçün 120-dək ölkə rəsmisi, 39 beynəlxalq təşkilatdan rəsmilər, 50-dən çox qeyri-hökumət təşkilatları qeydiyyatdan keçib. Təqribən 800-dən çox xarici nümayəndənin Forumda iştirakı gözlənilir. Buraya dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament rəsmiləri, alimlər, səfirlər, tanınmış şəxslər, 30-dan çox nazir səviyyəsində iştirakçı daxildir. Ölkəmizdə ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində eyni tədbirdə iştirak edir və onlar dünyanın ən nüfuzlu beynəlxalq institutlarıdır. Onlar beynəlxalq birliyi təmsil edirlər. Bütün bunlar dövlətimizin siyasətinə dəstəyin ifadəsidir.

Məlumat üçün deyim ki, Forumun açılış mərasimi dünya memarlığının nadir incilərindən biri olan Heydər Əliyev Mərkəzində, digər yüksək səviyyəli sessiya və tədbirlər isə Bakı Konqres Mərkəzində keçiriləcək. İnanırıq ki, hər şey ölkəmizin və dünyanın təhlükəsiz gələcəyi naminə istədiyimiz kimi olacaq.

- Maraqlı müsahibəyə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir