MƏDƏNİYYƏT
IV Respublika elmi ifaçılıq müsabiqəsinə yekun vurulub
Bakı, 15 dekabr, AZƏRTAC
Xalq Artisti, görkəmli bəstəkar Cövdət Hacıyevin 100 illiyi münasibətilə reallaşan pianoçuların IV Respublika elmi ifaçılıq müsabiqəsinə yekun vurulub.
Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, müsabiqədə respublikanın 12 şəhər və rayonlarından 59 iştirakçı üç yaş qrupu üzrə iştirak edib.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəylinin rəhbərli etdiyi münsiflər heyəti tərəfindən seçilən 11 iştirakçı müsabiqənin laureatı adını qazanıb.
Qeyd edək ki, layihə rəhbəri Tərlan Seyidov olan müsabiqənin şərtlərinə görə iştirakçılar birinci turda ifa etdikləri əsərlər üzrə elmi məruzə ilə çıxış edib, ikinci turda isə bu əsərləri fortepianoda səsləndiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]