İQTİSADİYYAT
İXRAC ƏMƏLİYYATLARI UĞURLA DAVAM EDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, 2007-ci ilin əvvəlindən neft və neft məhsullarının ixracı sahəsində əldə edilmiş göstəricilər ölkəmizin ixrac potensialının getdikcə artmasını təsdiqləyir.
Martda Novorossiysk limanından ARDNŞ-ə məxsus 119 min 563 ton xam neft dünya bazarına göndərilmişdir. Cari ilin ilk rübündə ARDNŞ-in şimal ixrac boru kəməri ilə 183 min 431 ton xam neft nəql edilmişdir.
ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi apreldə 34 min 71 ton avtomobil benzini, 121 min 463 ton dizel yanacağı, 41 min 416 ton təyyarə yanacağı, 5 min 737 ton sürtgü yağları və 4 min 135 ton neft bitumu ixrac etmişdir.
2007-ci ilin əvvəlindən isə 76 min 621 ton avtomobil benzini, 462 min 749 ton dizel yanacağı, 135 min 594 ton təyyarə yanacağı, 8 min 850 ton sürtgü yağı və 11 min 347 ton neft bitumu ixrac edilmişdir.