CƏMİYYƏT


IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub

Bakı, 17 iyul, AZƏRTAC 

Azərbaycanda müxtəlif millətlərə, dinlərə, mədəniyyətlərə mənsub insanlar əsrlərdir sülh və həmrəylik şəraitində yaşayırlar. Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəbləri bu birgəyaşayışın bütün dünyaya təqdim olunması baxımından çox əhəmiyyətlidir. Artıq ənənəyə çevrilən bu məktəblər əcnəbi tələbələrin Azərbaycanın multikultural ənənələri ilə yaxından tanış olmaları üçün çox yaxşı fürsətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla deyib.

Yay məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural və tolerant mühit barədə məlumat verən Kamal Abdulla 2016-cı ilin Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Multikulturalizm İli” elan edildiyini bildirib. O vurğulayıb ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzidir. Azərbaycan dövləti özünün multikultural siyasətini, tolerant mövqeyini daim qoruyur və inkişaf etdirir.

Himayəçilik Şurasının sədri vurğulayıb ki, Azərbaycanda multikultural həyat tərzinin qədim tarixi və böyük ənənələri var. Ən qədim zamanlardan ölkəmizdə müxtəlif xalqların nümayəndələri arasında dərin dostluq və qarşılıqlı əməkdaşlıq mühiti formalaşıb. “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı ölkəmizdəki multikultural həyat tərzinə işıq salır.

Kamal Abdulla bildirib ki, bu gün Azərbaycan multikulturalizmi bir çox ölkələrin universitetlərində fənn kimi tədris edilir.

Görüşdə Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.