CƏMİYYƏT


IX Qlobal Bakı Forumu barədə AZƏRTAC-ın materialı Misirin Dövlət İnformasiya Xidmətinin rəsmi saytında yerləşdirilib

Qahirə, 20 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu haqqında AZƏRTAC-ın xəbəri Misirin Dövlət İnformasiya Xidmətinin rəsmi saytındakı (sis.gov.eg) insan hüquqları ilə bağlı bölmədə yerləşdirilib.

Xəbərdə IX Qlobal Bakı Forumu çərçivəsində iyunun 18-də keçirilən “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar" mövzusunda panel iclasından bəhs olunub. Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə keçirilən panel iclasında “Vətəndaşların əhəmiyyətli hissəsinin nə üçün onilliklər qabaq bu qədər heyranlıq doğuran demokratik sistemlərdən açıq-aşkar uzaqlaşması baş verir?”, “İnsan iradəsi” marketinq strategiyaları”, “Saxta xəbərlər və qərəzli anlayış ilə istehsal oluna bilsəydi demokratiya nə qədər real olardı?”, “Qərarlar qəbul edən elita ilə səfərbər olunmuş ictimaiyyət arasında fərq artarsa, demokratiya nə qədər funksional olar?”, “Siyasi yadlaşma və apatiya artarsa, demokratiya nə qədər təmsilçi olar?”, “Siyasi müstəvidə belə meyillər fonunda hamı üçün fərdi insan hüquqlarını adekvat şəkildə necə qorumaq olar”, “Yeni, daha təmərküzləşmiş siyasi modellərin (məsələn, Çin və Sinqapur) heyranlıq və təsir qazandığı, Qərbin ənənəvi demokratiyalarının isə hətta öz dövlətlərində müxtəlif hərəkatlarla üz-üzə qaldığı şəraitdə yeni qlobal quruluşun əsas doktrinaları nəyi vurğulayır?” kimi mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd olunub ki, müzakirələrdə Bolqarıstan, Latviya, Xorvatiyanın sabiq dövlət başçıları, nüfuzlu diplomatlar mövzularla bağlı fikirlərini bildiriblər.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.