Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

IX Qlobal Bakı Forumu dünya mətbuatının diqqət mərkəzindədir

IX Qlobal Bakı Forumu dünya mətbuatının diqqət mərkəzindədir

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu və tədbirdə dövlətimizin başçısının söylədiyi nitqində verdiyi mesajlar dünya mətbuatının da diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, xarici KİV-də dərc olunan çoxsaylı materiallarda Forumun əhəmiyyəti vurğulanır. Qeyd edilir ki, bu Forum hazırda dünyanı narahat edən problemlərin həlli yollarının müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, Forumda, həmçinin Azərbaycan Prezidenti tərəfindən Ermənistana mühüm mesajlar verilib.

Qardaş Türkiyənin Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “A Haber”, “Haber Global” telekanalları, “Yeni şafak”, “Sabah”, “Hürriyet” və digər qəzetlər, həmçinin əyalətlərdə fəaliyyət göstərən media qurumları yaydıqları xəbərlərdə Bakı Forumunda ali səviyyəli qonaqların iştirak etmələrinə diqqət çəkiblər.

Anadolu Agentliyi dövlətimizin başçısının Forumdakı dərin məzmunlu nitqindən bu sitatı gətirib: “Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən altı ay sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir”.

Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində qazanılan rəşadətli Qələbədən sonra bölgədə yaranmış yeni reallıq, normallaşma prosesindəki vəziyyətlə bağlı fikirlərinə diqqət çəkən İHA xəbər agentliyi Forumla bağlı geniş təhlillər hazırlayıb. Agentlik yazıb ki, bölgədə sülh, sabitlik və inkişaf tərəfdarı olan Azərbaycanın mövqeyi dəyişməzdir.

“A Haber” telekanalının rəsmi saytında dərc olunan “Azərbaycan Prezidenti Əliyevdən Ermənistana Qarabağ xəbərdarlığı! Qərbi Zəngəzur mesajı” sərlövhəli məqalədə diqqətə çatdırılıb ki, Ermənistan hakimiyyətinin əsassız iddiaları bölgədə yeni qarşıdurma riskləri yaradır. Regionda hər kəs üçün məqbul olan vəziyyət sülh cəhdlərini düzgün dəyərləndirməkdir.

Prezident İlham Əliyevin Forumdakı nitqindən mühüm məqamları manşetə çıxaran “Haber Global” telekanalının rəsmi saytında yer alan “Əliyev: Qarabağ məsələsinin həll edilməsi bölgədə sülh üçün bir fürsətdir” sərlövhəli yazıda dövlətimizin başçısının qəti və dəyişməz mövqeyi geniş ictimaiyyətə çatdırılır.

“TRT Haber” telekanalının materiallarında diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Qarabağa əsassız status iddiası ilə çıxış edən Ermənistana bir daha sərt xəbərdarlıq edib.

Ukrayna və Moldovanın aparıcı kütləvi informasiya vasitələri də IX Qlobal Bakı Forumunu geniş işıqlandırıblar.

Moldovanın “Point.md”, Ukraynanın “RBK-Ukrayna”, “5.ua, “Pryamiy” və digər xəbər portallarında IX Qlobal Bakı Forumunun açılış mərasimi haqqında məqalələr yayımlanıb. Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin, Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun çıxışlarına geniş yer verilib.

Prezident İlham Əliyevin çıxışına istinadla qeyd olunub ki, Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır. Dövlətimizin başçısından çıxışından gətirilən sitatda deyilir: “Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırdıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq”.

“Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu Gürcüstan mətbuatının da diqqət mərkəzində olub.

Gürcüstanın “24news.ge”, “interpress.ge”, “aktual.ge”, “gaxa.ge”, “kavkasia.net” informasiya portalları, “1tv.ge” televiziyası Azərbaycan Prezidentinin Forumdakı çıxışından xəbərlər yayıblar.

Gürcü, ingilis və rus dillərində yayılan xəbərlərdə Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupu, regional əməkdaşlıq və bu barədə rəsmi Tbilisi ilə aparılan müzakirələr, Ermənistan tərəfinin destruktiv fəaliyyəti barədə fikirləri, eləcə də Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşü barədə oxuculara məlumatlar çatdırılıb.

Misir mətbuatı IX Qlobal Bakı Forumunun açılış mərasiminə və panel iclaslarında toxunulan mövzulara dair xəbərlərə geniş yer ayırıb.

Misirin “Əl Diplomasi” portalı AZƏRTAC-a istinadla Prezident İlham Əliyevin Forumdakı nitqinin ərəb dilində tam mətnini yerləşdirib.

Rəsmi MENA agentliyi, “Əl Əhram”, “Əl Masr Əl Yom”, “Cümhuriyyə” kimi nüfuzlu qəzetlər isə Azərbaycan Prezidentinin Forumda iştirak edən Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyti qəbul etməsi və Bakı Forumunun “Yaxın Şərqdə ərəb və müsəlman dünyasında sülh, təhlükəsizlik və inkişaf axtarışı” mövzusuna həsr olunmuş panel iclası haqqında xəbərlər yayıblar.

Misirin digər nüfuzlu qəzeti olan “Əl Şuruq” Forum çərçivəsində “Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər” mövzusunda keçirilən panel iclasında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çıxışının qısa xülasəsini dərc edib. Qəzetin materialında diqqətə çatdırılıb ki, H.Hacıyev Azərbaycanın ATƏT-in və BMT-nin üzvü olduğu halda işğala məruz qaldığını, heç bir təşkilat və qurumun Ermənistanı təcavüzkar adlandırmadığını bildirib. O əlavə edib ki, ölkəmiz BMT-nin 4 qətnaməsini öz gücü hesabına yerinə yetirdi.

Ərəbdilli oxuculara məlumat verilib ki, Azərbaycan Prezidentinin köməkçisi yalnız üç ölkənin - Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Krallığının işğalçı Ermənistanla heç bir əlaqə qurmadığını qeyd edib. O vurğulayıb ki, çoxtərəflilik yenidən inkişaf etdirilməli, BMT-nin Nizamnaməsi yenidən işlənib hazırlanmalıdır.

Yaponiyanın “ajmedia.jp” portalı yapon və ingilis dilində yaydığı məlumatlarda Azərbaycan Prezidentinin Forumdakı çıxışına xüsusi yer verib. Yazılarda Prezident İlham Əliyevin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, ATƏT-in Minsk qrupu, regional əməkdaşlıq və bu istiqamətdə görülən işlər, Ermənistan tərəfinin destruktiv mövqeyi barədə fikirləri əksini tapıb.

Prezident İlham Əliyevin çıxışına istinadla qeyd olunub ki, Avropada enerji təminatı ilə bağlı vəziyyət kəskin dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artıb.

Məlumatlarda, həmçinin Prezident İlham Əliyevin Azərbaycanın “yaşıl enerji” zonasına və bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında ciddi oyunçuya çevriləcəyi barədə fikri də yer alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNƏCƏK

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün yaşıl baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2 VİDEO

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq