CƏMİYYƏT


IX Qlobal Bakı Forumunun videohesabatı təqdim edilib VİDEO

Bakı, 26 iyul, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə keçirilən IX Qlobal Bakı Forumunun videohesabatını təqdim edib.

Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzdən məlumat verilib.

Hesabatda xatırladılır ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu 53 ölkədən 400-dən çox qonağı bir araya gətirib.

Forumun açılışında Prezident İlham Əliyev, Mərkəzin həmsədrləri xanım Vayra Vike-Freyberqanı və İsmail Serageldini, Albaniya Respublikasının Prezidenti, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri, Gürcüstan Prezidenti, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, BMT-nin Cenevrə ofisinin Baş direktoru, Ərəb Liqasının Baş katibi, Türkiyə Prezidenti adından sabiq Baş nazir və Mərkəzin üzvü Binəli Yıldırım çıxış ediblər.

Eyni zamanda, İtaliya Prezidenti, Böyük Britaniyanın Baş naziri, Latviya Prezidenti, Şimali Makedoniya Prezidenti, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi, ABŞ-ın Romadakı BMT Agentlikləri yanında daimi nümayəndəsi və digərləri forumun işinə onlayn qoşulublar.

Qeyd edək ki, IX Qlobal Bakı Forumu zamanı 11 paneldə 30 saat davam edən müzakirələrə 24 sabiq prezident, 13 sabiq Baş nazir və 18 sabiq Baş nazirin müavini, həmçinin xarici işlər nazirləri qatılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.