ELM VƏ TƏHSİL


IX sinif şagirdləri üçün buraxılış imtahanın birinci mərhələsi martın 3-də keçiriləcək

Bakı, 19 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının vaxtı müəyyənləşib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, Bakı (Nərimanov, Səbail, Yasamal, Nəsimi, Nizami, Binəqədi, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı), Naxçıvan MR, Şirvanın ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi martın 3-də, ikinci mərhələsi isə iyunun 3-də keçiriləcək. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə imtahanlar isə aprelin 7-də aparılacaq.

Məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda imtahan verəcəklər.

Tədrisi ingilis və fransız dilində olan məktəblərdə təhsilalanlar müvafiq siniflər üzrə 3-cü imtahan günündə imtahan verəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.