SİYASƏT
İYULUN 12-DƏ AVSTRİYANIN DAXİLİ İŞLƏR NAZİRİ E.ŞTRASSER BAKIYA GƏLƏCƏKDİR
İyulun 12-də Avstriyanın daxili işlər naziri Ernst Ştrasser Bakıya gələcəkdir. İkigünlük səfər müddətində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və gələcək əməkdaşlığa dair məsələlər müzakirə ediləcək, ikitərəfli əməkdaşlığı nəzərdə tutan müqavilənin hazırlanması üçün fikir mübadiləsi aparılacaqdır.