İQTİSADİYYAT
İYUL AYINDAN AZƏRBAYCAN TƏBİİ QAZI YUNANISTANA NƏQL OLUNACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər jurnalistlərə müsahibəsində “Şahdəniz” qazının bu ilin iyulundan başlayaraq Yunanıstana nəql olunacağını bildirmişdir.
Nazir demişdir ki, “Şahdəniz” yatağında quyularda nasazlıq aradan qaldırılmış və martın 6-dan etibarən Türkiyə Bakı-Tbilisi-Ərzurum xətti ilə fasiləsiz təbii qaz almağa başlayacaqdır. Bu qazın ölkəsi üçün daha münasib qiymətlərə alınacağını xatırladan nazir, eyni zamanda, digər mənbələrdən, xüsusilə Türkmənistandan da təbii qazın idxalı və mavi yanacağın Avropaya nəqli ilə bağlı iş apardıqlarını bildirmişdir.
Nazir, habelə Heydər Əliyev adına Ceyhan terminalından neftlə yüklənmiş 100-cü tankerin Koreya Respublikasına yola salınmasını əlamətdar hadisə adlandıraraq, BTC kəmərinin Türkiyəyə böyük gəlirlər gətirdiyini vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]