SİYASƏT


İZMİRDƏ TƏHSİL ALAN XARİCİ TƏLƏBƏLƏR ARASINDA KEÇİRİLƏN BİLİK YARIŞINDA AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ QALİB GƏLMİŞLƏR

Bakı, 10 iyun (AZƏRTAC). İrəli İctimai Birliyinin Türkiyənin İzmir şəhəri üzrə əlaqələndiricisi “Nə? Harada? Nə zaman?” bilik müsabiqəsi çərçivəsində bu şəhərdə təhsil alan xarici tələbələr arasında yarış təşkil etmişdir. Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya, İraqdan olan tələbələr iştirak etmişlər.

Yarışın qalibi Azərbaycan komandası olmuşdur. İkinci yeri Qazaxıstan, üçüncü yeri isə İraq komandaları qazanmışdır.

Yarışdan sonra iştirakçılar təmsil etdikləri ölkələrin mədəniyyətlərini əks etdirən ədəbi-bədii proqramla çıxış etmişlər.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.