Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İZVESTİYA AZƏRBAYCAN İZVESTİYA
TEMATİK ƏLAVƏ

Azərbaycanda yaradılmış təhsil sistemi ciddi diqqət yetirilməyə və öyrənilməyə layiqdir. Rus-sovet təhsil sistemi təcrübəsində yaxşı nə vardısa, hamısı saxlanılmış, Qərb ölkələrinin təcrübəsində yaxşı nə varsa, hamısı əxz edilmişdir. Ali məktəblərə qəbul imtahanlarının Azərbaycanda qəbul edilmiş vahid test formasını Avropa ekspertləri nümunəvi forma kimi dəyərləndirmişlər. 

SSRİ-nin, sovet tipli imperiyanın süqutundan sonra müstəqillik qazanan respublikaların bir çoxu təhsil sistemini öz bildikləri kimi qurmağa başladılar: hər şeyi həmişəki kimi kökündən dağıdacağıq. Bəziləri başa düşdü ki, bünövrəni dağıdandan sonra yerdə heç nə qalmır. Bəziləri isə indiyədək əlləşirlər. Öz tarixlərini eşələyirlər. Qədim tarixlərini. Bünövrəni axtarırlar.

1990-cı illərin ortalarınadək Azərbaycanda qarmaqarışıqlıq, hərc-mərclik hökm sürürdü. Məsələn, dəyişikliklər dalğasının siyasətə gətirib çıxardığı coğrafiya müəllimi hətta bilmirdi ki, Azərbaycan, əslində, harada yerləşir. Bu, həqiqətdir.

İndi dünyanın qapıları azərbaycanlıların yeni nəslinin üzünə açıqdır. Lakin prezident Heydər Əliyevin opponentləri deyəndə ki, o, yarımfeodal dövləti idarə edir, bu, ilk növbədə gənclər üçün təhqiramizdir. Azərbaycan özünün bütün tarixi ərzində həmişə yüksək savadlı adamları ilə məşhur olmuşdur.

Hər şey unudulur: hələ 5-7 il əvvəl gənc Azərbaycan dövlətində insanlar bilmirdilər ki, bir tikə çörəyi necə qazansınlar. Həyat kökünədək dağıdılmışdı. İndi söhbət başqa məsələdən gedir: necə etmək lazımdır ki, məktəbli parta arxasında ancaq təhsil barədə fikirləşsin. İndi söhbət ondan gedir ki, nə üçün məktəblər şagirdləri ali məktəb imtahanlarına pis hazırlayırlar.

Azərbaycanda ali məktəblərə qəbul üçün vahid test imtahanı sistemi qəbul edilmişdir. Bu, ölkə üçün çox böyük nailiyyətdir. Bunu heç də hər bir dövlət özünə rəva görə bilməz. Belə bir sistemi orta məktəb səviyyəsində də tətbiq etmək təklif olunur. Bu, çoxları üçün ağrılı addımdır. Lakin təhsilin səviyyəsinin obyektiv qiymətləndirilməsi öncül vəzifə olaraq qalır.

Ölkədə çörək, ət və tamaşalarla bağlı məsələlər həll edilmişdir. İndi Heydər Əliyevi tənqid etmək olar. Yaşlı nəsil az-çox sakitləşmişdir, amma pensiyalar az olduğuna görə hər halda deyinir. Yeni nəsil təqaüdün az olmasından gileylənir. Gənclər daha çox şey istəyirlər. Ölkə daha çox şey tələb edir.

Nə? Geniş meydan? Axı, bütün dünya onların üzünə açıqdır. Azadlıq? Budur, bu da azadlıq – irəliyə get.

Cavab birdir – bütün tənəzzüllərdən və ixtilaflardan sonra biz yorulub heydən düşmüşük, insanlara dövlət tərəfindən həyanlıq, qayğı və diqqət gərəkdir. İlk öncə isə uşaqlara. Qoy onlar oxusunlar. Qoy onlar adam olsunlar.

Hər şeyin ümdə əsası ailə və məktəblə bağlıdır.

MAARİFLƏNDİRMƏK, TƏHSİL VERMƏK, ÖYRƏTMƏLİ, HƏYATA HAZIRLAMAQ

Azərbaycanda təhsil sistemi özlüyündə nədən ibarətdir

Hazırda Azərbaycanın təhsil barədə düşünməyə imkanı

olmadığı barədə iddialara rəğmən, faktlar başqa şey

deyir. Mövcud olan bütün kəskin sosial problemlərə

baxmayaraq, ölkə öz büdcəsinin, demək olar, dörddə

bir hissəsini təhsilə ayırır.

Qayaz ALİMOV

Azərbaycanin təhsil naziri professor Misir Mərdanov hesab edir ki, Azərbaycanda təhsil prosesi dövlətin üstünlük verdiyi əsas sahələr sırasındadır. İndi ölkənin hər dörd sakinindən biri bu və ya digər dərəcədə təhsil sistemi ilə bağlıdır – yəni məktəbli, tələbə, müəllimdir.

Bu, Azərbaycan üçün – indiyədək çoxlarının, yumşaq desək, xor baxdığı ölkə üçün yüksək dünya standartlarından da artıq olan göstəricidir. 1993-cü ildə Azərbaycana ikinci dəfə rəhbərlik etməyə başlayan ölkə prezidenti Heydər Əliyev təhsil sahəsində islahatları bir nömrəli vəzifə kimi, milli tərəqqinin əsası kimi müəyyənləşdirmişdir.

Misir Mərdanov deyir:

- Milli təhsilin tarixində ilk dəfə olaraq, 1999-cu ildə ümumi orta təhsil haqqında dövlət standartları və bazis tədris planı hazırlanıb təsdiqlənmişdir. Şagirdlərin yaş və fizioloji xüsusiyyətlərini əsas götürməklə işlənib hazırlanmış bazis tədris planı çoxvariantlı tədris iş planlarını tətbiq etməyə, məktəblilərin həvəs və maraqlarını nəzərə almağa imkan vermişdir.

Məsələn, uşaq riyaziyyat təmayyülü məktəbi seçmişdir. Əgər adi sinifdə riyaziyyata həftədə 2 saat verlirsə, onun təhsilini davam etdirəcəyi beşinci sinifdə 4 saat, onuncu sinifdə isə buna 10 saat ayrılır. Yəni şagirdin arzusu, marağı nəzərə alınmaqla ixtisaslaşma gedir. Əlbəttə, burada məktəbin imkanı, başqa sözlə desək, məktəbdə şəraitin və tələbata cavab verən müəllimlərin olub-olmaması da nəzərə alınır. Orta məktəbdə şagirdin bacarığı, istedadı, həvəsi ön sıraya çəkilir. Ancaq bu, çox mürəkkəb və ciddi prosesdir.

İndi Azərbaycanda orta təhsil 11 illəkdir. Gələcəkdə 12 illik sistemə keçmək üçün iş görülür.

Misir Mərdanovun fikrincə, bu gün əsas vəzifə milli təhsil sistemini beynəlxalq standartlara, ilk növbədə Avropa standartlarına uyğun şəkildə formalaşdırıb başa çatdırmaqdan ibarətdir.

Azərbaycanda onu da gizlətmirlər ki, Rusiyanın təhsil sistemi strateji qərarlar qəbul etmək üçün ənənəvi əsas sayılır. Bakıda bu fikirdədirlər ki, yerli şəraiti nəzərə almaq şərtilə Türkiyə, Almaniya, İsrail və Fransanın təcrübəsini də tətbiq etmək lazımdır.

İndi, SSRİ-nin süqutundan sonra təhsil sahəsi də siyasətə çevrilir. Azərbaycan milli ləyaqət üçün çox həssas olan bu sahəyə böyük ölkələrin müdaxiləsindən hansısa bir möcüzə nəticəsində xilas olmuşdur. Lakin ortaya çox məsələlər çıxır.

Azərbaycanda təhsil sahəsində Moskvanın əməkdaşlığının postsovet bəsirətsizliyini anlaya bilmirlər.

* Yaxın vaxtlarda Azərbaycan prezidenti yeni məktəblər tikilməsi haqqında, onların müasir avadanlıqla təchiz edilməsi (orta təhsil məktəblərinin təmiri və yenidən qurulması ilə bağlı tədbirlər də görüləcək) haqqında, müəllimlərin və məktəb işçilərinin əmək haqqının artırılması barədə təkliflər kompleksi irəli sürəcəkdir.

* Azərbaycanın büdcəsinin təxminən 22 faizi, beşdə birindən çoxu təhsilə ayrılır. Prezident hesab edir ki, bu, yetərli deyildir.

Səbəbi də budur.

Misir Mərdanov deyir:

- Heydər Əliyev gənclərimizin Azərbaycan hüdudlarından kənarda təhsil alması üçün bir vaxtlar, 1970-1982-ci illərdə hər şey etmişdir. Onun təkidli təşəbbüsü ilə Azərbaycan gənclərinin 15 min nəfərdən artıq nümayəndəsi İttifaqın 170 ali məktəbində oxumaq imkanı qazanmışdı. Onlar o vaxtki ölkənin 50 iri şəhərində kəskin ehtiyac duyulan 250 ixtisas üzrə təhsil almışdılar. Yeri gəlmişkən, bu ixtisaslar xalq təsərrüfatının, elmin, təhsilin, mədəniyyətin 80 sahəsini əhatə edirdi.

Nazir başqa rəqəmlər də sadaladı. 1975-ci ildə respublikanın hüdudlarından kənara oxumağa göndərilənlərin sayı 1969-cu ildəkinə nisbətən 14 dəfə artmışdı.

Bu gün isə Rusiyanın təhsil naziri Vladimir Filippovun səyləri sayəsində Rusiya öz ali məktəblərində Azərbaycan vətəndaşları üçün 60 yer ayırmışdır. Vəssalam. Hər şey bitdi?

Müqayisə üçün: hazırda ABŞ hökuməti Azərbaycanda təhsil sahəsində 7 proqram həyata keçirir. Bu proqramlar ABŞ federal büdcəsindən maliyyələşdirilir. Onlar Azərbaycan məktəblilərinin ABŞ-ın orta məktəblərində, Azərbaycan tələbələrinin isə ali məktəblərdə təhsil almasını nəzərdə tutur.

Son illər Azərbaycanın 400-dən çox vətəndaşı təhsil almaq üçün müxtəlif proqramların xətti ilə Birləşmiş Ştatlara getmişdir. ABŞ bu proqramların həyata keçirilməsinə 26 milyon dollar xərcləmişdir.

Heç kim üçün sirr deyil ki, Azərbaycan Rusiya ilə 200 illik birgə tarixlə bağlıdır. Daha doğrusu, birgə həyat tarixi ilə. X1X əsrdə Azərbaycan parçalandıqdan və Rusiyaya birləşdirildikdən sonra Rusiyanın təhsil sistemi imperiyanın bu hissəsində Avropa tipli məktəblər yaradılması üçün mümkün olan hər şeyi etmişdir.

 

Azərbaycan prezidenti Heydər Əliyev bəlkə də bir neçə rəhbərdən biridir ki, bunu həmişə vurğulayır: elmdə və təhsildə əldə etdiklərimizin, demək olar, hamısına görə biz rus təhsil sisteminə və rus elminə borcluyuq.

Vacib olan daha bir məsələ: Azərbaycanda heç nəyi unutmurlar. Burada minnətdarlıqla xatırlayırlar ki, hələ X1X əsrin 30-cu illərində Azərbaycanda Avropa tipli qəza məktəbləri açılmağa başlanmışdı. İlk belə məktəblər 1830-cu ildə Şuşada, 1831-ci ildə Şəkidə, 1832-ci ildə Bakıda, 1833-cü ildə Gəncədə açılmışdır.

Misir Mərdanov deyir:

- Biz bunu xatırlayırıq. Onu da xatırlayırıq ki, X1X əsrin ortalarına yaxın məktəb tikintisi kütləvi hal almışdı.

X1X əsrin 70-ci illərində Zaqafqaziya müəllimlər seminariyasının açılması, onun tərkibində Azərbaycan şöbəsinin fəaliyyətə başlaması milli müəllim kadrlarının, pedaqoji kadrların hazırlanmasına, ana dilində təhsil ocaqlarının inkişafına güclü təkan vermişdir.

Müsahibim professor Mərdanov deyir:

- Ola bilsin, mən kimisə təəccübləndirəcəm: az-az adama məlumdur ki, Azərbaycan dili – “Vətən dili” dərsliyinin müəllifi ümumi həmvətənimiz Aleksey Osipoviç Çernyayevski olmuşdur.

Söhbətimizin sonunda o, əlavə edir:

- Siz bilməlisiniz ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) yaradılmış Bakı Dövlət Universitetinin ilk rektoru və baniləri görkəmli rus alimləri olmuşlar.

 

Kamal ABDULLAYEV: BİZ RUS DİLİNİ HEÇ VAXT İTİRMƏYƏCƏYİK

Bakı Slavyan Universiteti nadir ali məktəbdir.

Təkcə Cənubi Qafqazda deyil, həm də bütün MDB məkanında nüfuzlu slavyanşünaslıq mərkəzidir.Böyük tarixi və zəngin ənənələri var. Prezident Vladimir Putin 2001-ci ilin yanvarında Azərbaycanda səfərdə olarkən bu universitetə getmişdir. Rus mədəniyyətinin və rus dilinin əhyəmiyyəti barədə onun dediyi sözləri burada xatırlayırlar. Universitetin rektoru filologiya elmləri doktoru, professor Kamal ABDULLAYEV “Izvestiya”nın suallarına cavab verir.

- Cənab Abdullayev, Azərbaycanda belə bir universitetin olduğunu çoxları bilmir. Bəziləri düşünə bilər ki, o, siyasi mülahizələrə görə açılmışdır...

- Həqiqət belədir. Ağıllı və düşüncəli adamlar üçün xatırlatmaq istəyirəm: Azərbaycanda ixtisaslı rus dili müəllimləri hazırlanmasına ötən əsrin 30-cu illərindən başlanmışdır. Lakin rus dilini bilməyə ehtiyac o dərəcədə böyük idi ki, ali məktəblərdəki kurslar və şöbələr respublikanın məktəblərinin müvafiq kadrlara tələbini ödəyə bilmirdi. Ona görə də 1946-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradıldı və o, Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimləri hazırlamağa başladı. 1952-ci ildə bu təhsil ocağı Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna çevrildi.

- İndi o, Bakı Slavyan Universitetidir. Slavyan Universitetinin burada, Bakıda nə kimi əhəmiyyəti var? O, nə dərəcədə gərəklidir və bu universitetin yaradılması ölkənizdə təhsil mədəniyyətinin inkişafına nə dərəcədə kömək edir?

- Sualın mahiyyətini anladım. Belə deyəcəyəm: Azərbaycan müsəlman ənənələrinə həqiqətən sadiqdir, lakin bunu da qeyd etmək eyni dərəcədə vacibdir ki, Azərbaycan dünya mədəniyyəti üçün də açıqdır. Odur ki, universitetimiz müsəlman mühitinə süni surətdə daxil edilmiş nə isə bir şey deyildir. Əsla yox! Bir misal çəkim: 1899-cu ildə Naxçıvan şəhərinin, - o vaxtlar kiçik əyalət şəhəri idi, - müsəlman ziyalıları bir yerə toplaşaraq böyük rus şairi Puşkinin anadan olmasının 100 illiyini qeyd etmiş və baş küçəyə Puşkinin adını vermişdilər. Bu, məlum tarixi faktdır. Həmin Puşkin küçəsi indiyədək şəhərin baş küçələrindən biridir. Bu fakt artıq onu göstərir ki, Azərbaycan öz əyaləti, paytaxtı, müxtəlif şəhərləri ilə birlikdə Avropa mədəniyyətinə, o cümlədən də rus mədəniyyətinə həmişə açıq olmuşdur. Bir sözlə, Bakıdakı Slavyan Universiteti nə təsadüfdür, nə də siyasi məqsədəuyğunluqdur.

- Prezident Heydər Əliyev universitetin yaradılması haqqında fərman imzaladıqdan sonra nə kimi dəyişikliklər baş vermişdir?

- Çox şey dəyişmişdir. İlk növbədə, təlimə münasibət, kadrlar hazırlanması konsepsiyasının özü. Müasir şəraitdə aydın olmuşdur ki, ancaq müəllim kadrları hazırlamaqla kifayətlənmək olmaz. Azərbaycanın Şərqi Avropa dövlətləri ilə, o cümlədən də Rusiya ilə inkişaf etməkdə olan əlaqələri bu ölkələrin təkcə dil və ədəbiyyatını deyil, iqtisadiyyatını, coğrafiyasını, siyasi sistemini, mədəniyyətini də bilən geniş profilli mütəxəssislər hazırlanmasına tələbatı şərtləndirir.

İndi universitetimiz nəinki təhsil, həm də mədəni-maarif funksiyalarını yerinə yetirir, xalqlarımız arasında, Azərbaycanla ümumən slavyan dünyası arasında hərtərəfli əlaqələrin inkişafına xidmət edir.

Struktur dəyişiklikləri universitetin fəaliyyətinin bütün sahələrini əhatə etmişdir. 2000-ci ildən bizdə dörd yeni fakültə - filologiya, pedaqoji, regionşünaslıq və tərcümə, ixtisasartırma və yenidənhazırlanma fakültələri açılmışdır. Bu fakültələrdə bir çox ixtisaslar üzrə kadrlar – beynəlxalq münasibətlər, Azərbaycan və rus filologiyası üzrə mütəxəssislər, Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimləri, ibtidai siniflər üçün müəllimlər, rus, polyak, yunan dillərindən tərcüməçilər, regionşünaslar – Azərbaycan, Rusiya, Ukrayna, Polşa, Bolqarıstan, Çexiya, Slovakiya, Yunanıstan üzrə mütəxəssislər hazırlanır.

- Mütəxəssis hazırlamaq üçün müvafiq baza gərəkdir, elmi-pedaqoji potensial da lazımdır...

- Siz haqlısınız. Universitetimiz artıq çoxdan, sadəcə olaraq, ali məktəb deyildir, o, məhz slavyanşünaslıq və slavyan mədəniyyəti mərkəzinə çevrilmişdir. Universitetimizdə fakültə və kafedralarla, elmi tədqiqat laboratoriyaları ilə yanaşı, beynəlxalq əlaqələr şöbəsi, humanitar litsey, Ukrayna bazar günü məktəbi, nəşriyyat-poliqrafiya mərkəzi, tələbə teatrı, “Səfir saatı” klubu da fəaliyyət göstərir, “Russkiy yazık i literatura v Azerbaydjane” adlı elmi-metodik jurnal nəşr edilir, “Studençeskiy mir” qəzeti çıxır.

Bu gün universitetimiz nəinki filologiya, rus dilinin tədrisi, regionşünaslıq, beynəlxalq münasibətlər və tərcümə sahəsində yüksək ixtisaslı mütəxəssislər hazırlayan çoxprofilli ali məktəb, həm də slavyan, o cümlədən də rus filologiyasının, linqvistikanın, psixolinqvistikanın, türk-slavyan əlaqələrinin, ümumi leksikoqrafiyanın və tədris leksikoqrafiyasının, azərbaycanşünaslığın aktual problemlərini araşdıran ciddi elm mərkəzidir.

Hazırda ali məktəbin dörd fakültəsində tədris prosesinə xidmət edən 26 kafedrada 33 elmlər doktoru, professor, 160-dək elmlər namizədi, dosent işləyir.

- Rusşünaslıq ali məktəbinizin tədris prosesində necə təmsil olunmuşdur?

- Xüsusi vurğulamaq istərdim ki, universitetimizdə rusşünaslığın rolu zəifləməyib, əksinə, daha da yüksəlmişdir. Tədris fəaliyyətinin və elmi fəaliyyətin böyük bir hissəsi Rusiya ilə, rus mədəniyyəti, elmi, dili və ədəbiyyatı ilə bilavasitə bağlıdır. İki min beş yüz tələbənin 1700 nəfəri rusşünas, filoloq, Rusiyaşünas, pedaqoq və tərcüməçidir. Universitetin magistraturasında rusşünaslıqla bağlı dörd ixtisas üzrə təlim keçilir.

_ Sizə elə gəlmirmi ki, rus dili Azərbaycanda mövqeyini itirir?

- Yox, bu fikirlə razı deyiləm. Rus dili Azərbaycan Respublikasının ərazisində ən mühüm ünsiyyət vasitələrindən biri kimi öz mövqeyini bu günədək saxlayır. O, ölkəmizdə ən işlək dillərdən biridir: rus dilində qəzet və jurnallar buraxılır, bədii, elmi və elmi-kütləvi ədəbiyyat, dərsliklər və tədris vəsaiti nəşr olunur, Rusiya İctimai Televiziyasının verilişləri yayımlanır, tədrisin rus dilində aparıldığı orta və ali məktəblərin geniş şəbəkəsi mövcuddur.

Bunu demək kifayətdir ki, indi ölkədə dərslərin rus dilində keçildiyi 30-dək orta məktəb, tədrisin Azərbaycan və rus dillərində aparıldığı 350-dən çox məktəb fəaliyyət göstərir; yüz mindən artıq məktəbli rus dilində orta təhsil alır.

- Əgər universitetinizi qalan ali məktəblərlə müqayisə etsək, o, nə ilə fərqlənər?

- Tədris etdiyimiz ixtisasların nadirliyi ilə.

- Burada kimlər təhsil alır?

- Milliyyətindən asılı olmayaraq, əsasən, Azərbaycan vətəndaşları oxuyurlar. Siz universitetimizin dəhlizlərində azərbaycanlı tələbələrlə yanaşı, rus, gürcü, ukraynalı tələbələrə də rast gələ bilərsiniz. Yəhudilər də var. Ən müxtəlif millətlər təmsil olunmuşlar.

 

- Məzunlarınız harada işləyirlər?

- Həyatın ən müxtəlif sahələrində. İndi universitetimizin məzunlarına hər yerdə rast gəlmək olar. Onlara tələbat var.

- Tələbələrin tərkibi: Slavyan Universiteti sanki özlüyündə nəzərdə tutur ki, burada slavyan mühitindən olanlar oxumalıdırlar. Belədirmi?

- Mən belə deməzdim. Burada azərbaycanlılar slavyanşünaslıq, ruslar isə Azərbaycan filologiyası üzrə ixtisaslaşırlar. Mən burada fərq görmürəm. Biz elə bunu dəstəkləməyə çalışırıq.

Xüsusilə son vaxtlar azərbaycanlılar sənədlərini Slavyan Universitetində təmsil olunmuş ixtisaslara – rus dili və ədəbiyyatı ixtisaslarına həvəslə verirlər. İndi universitetimizə daxil olanların tərkibinin ilkin təhlili də bunu göstərir.

- Vaxtilə, 1970-ci illərdə Azərbaycanda gözəl bir ənənə vardı, gərək ki, həftənin dördüncü günü bütün İttifaqda balıq yemək günü olurdu, Azərbaycanda isə hər yerdə rus dili günü idi. Özü də bütün yerlərdə: Məktəblərdə, idarələrdə - hər yerdə, hətta ailələrdə yalnız rus dilində danışmağa çalışırdılar. Bu ənənəni qaytarmağa lüzum yoxdurmu?

- Zənnimcə, yoxdur, çünki rus dili Azərbaycanda öz mövqelərini itirməyibdir. Ayrı-ayrı adamlar hər hansı əcnəbi Avropa dillərinə üstünlük verə bilərlər, lakin bizdə bu gün, əsasən, rus dili işləkdir. O, sıxışdırılmayıbdır.

- Demək olarmı ki, rus dili, bir növ, ikinci işlək dildir?

- Bəli, demək olar. İndi üçüncü işlək dil – ingilis dilidir. Buna da sevinmək lazımdır. Azərbaycan artıq dünyaya açılır.

* YERİ GƏLMİŞKƏN

Vladimir Putin Bakı Slavyan Universitetində olarkən bəyan etmişdir ki, Sovet İttifaqının heç bir keçmiş respublikasında deyil, ancaq Azərbaycanda rus dilini 20 min tələbə öyrənir.

* ARAYIŞ

“Dəyişən tələblərə uyğun olaraq, təhsilin qiymətləndirilməsi islahatı” mövzusunda bu il sentyabrın əvvəllərində Honkonqda keçirilmiş konfransa Azərbaycan iki məruzə təqdim etmişdi. Onlardan biri konfransın əsas məruzəsi kimi təsdiq olunmuşdur.

 

“BAKILI OĞLANLAR” BU MƏKTƏBDƏ OXUMUŞLAR

Adi bir məktəb çoxları üçün doğma olmuşdur. Niyə?

Bakı şəhərindəki 160 nömrəli adi orta ümumtəhsil məktəbi bir ildən sonra 60 illiyini qeyd edəcəkdir. Şəhərin mərkəzində indiki baxımdan o qədər də böyük olmayan dördmərtəbəli bina, kiçik tikililəri olan balaca bir həyət. Adi, lakin başqalarına oxşamayan məktəb. 160 nömrəli məktəbi hamı tanıyır. Ona hörmət edirlər. Bu məktəb çoxlarını özünə cəzb edir.

Lyudmila XOXLOVA

İlk baxışda başqa məktəblərdən heç nə ilə fərqlənmir. Burada şəhərin hər yerindən uşaqlar oxuyur. 61 sinif həmişə dolu olur. Məktəbin 2358 şagirdi var. Onların 2000-i rus dilində, bir qismi isə başqa dillərdə təhsil alır. Bununla belə, məktəbdə şagirdlər təhsil aldıqları dillərə görə bölmələrə ayrılmayırlar, ayrıla da bilməzlər. Burada 20 millətin nümayəndəsi – Rusiyadan, Ukraynadan, Gürcüstandan, Çindən, Fransadan olan şagirdlər oxuyur.

NƏYƏ ÖYRƏDİRLƏR

160 nömrəli məktəbdə tam sərbəstlikdir: uşaqlar mübahisə edir, dərslərlə müəllimlərini sorğu-suala tutur, tənəffüslərdə isə öz problemləri ilə məşğuldurlar: kimi breynrinq məsələlərini müzakirə edir, kimi dəhlizdə pəncərənin yanında rəqs elementi nümayiş etdirir, - məktəbin öz rəqs ansamblı var, - kimi şahmat etüdlərini dəqiqləşdirir, kimi də həyətdə top qovur.

Müəllimlər sinifdən asılı olmayaraq, məktəbin bütün şagirdlərini adbaad tanıyırlar. Dərsdən sonra, əslində, heç kim evə getmir. Məktəbdə boş kabinet problemi olsa da, uşaqlar artıq dörd ildən bəri məktəbdə fəaliyyət göstərən “parlament sessiyası”, ŞHK komandasının məşqləri, xarici dil məşgələləri, ritmika, psixologiya, ritorika və əlbəttə, mahnı oxumaq üçün həmişə yer tapa bilirlər.

Burada, demək olar ki, bütün məktəb, birincilərdən tutmuş buraxılış siniflərinin şagirdlərinə qədər hamı oxuyur. Nəğməyə məhəbbət müəllim Larisa Doroşenkonu fərqləndirən əsas keyfiyyətdir. O, Kabalevskinin sistemini respublika məktəblərində tədris etməyə uygunlaşdırmışdır. Burada elə birinci sinifdən Hacıbəyovun, Motsartın, və Şostakoviçin əsərlərini, xalqın sevdiyi ənənəvi musiqini və muğamları tam ciddiyətlə öyrənirlər. Məktəbin birləşmiş xoru, - ümumiyyətlə isə, burada dörd xor var, - özfəaliyyət kollektivi ansamblı şəhərdə ən yaxşılardandır.

Məktəbin 30 il bundan əvvəl məzunlar tərəfindən yazılmış himnini indi hər bir aşağı sinif şagirdi əzbərdən bilir, özü də üç dildə - Azərbaycan, rus və ingilis dillərində.

Üzvlərinin tam yarısı 160-cı məktəbin məzunu olan “Bakılı oğlanlar” komandası, eləcə də onun ilk kapitanı Yuli Qusman yəqin ki, məhz belə bir sərbəst mühitdə yetişib hamının məhəbbətini qazana bilərdi.

NECƏ ÖYRƏDİRLƏR

Burada istedadların inkişafına kömək edirlər. Burada hər bir şagirdin qabiliyyətinə ehtiyac vardır, axı “istedadsız uşaq olmur”. Yeri gəlmişkən, pedaqojı şuranın hər bir iclası məhz bu sözlərlə başlayır. İbtidai sinif müəllimi Svetlana Abramovanın dərsləri çox sürətlə, bütün uşaqların sərbəst şəraitdə və məmnuniyyətlə iştirakı ilə keçir.

Qırx beş dəqiqə ərzində, - sinifdə isə 45 şagird oxuyur, - uşaqlar imla yazır, çümlələri təhlil edir, filmə baxır, müəllimin suallarına cavab verir, yeni dərs keçir, ev tapşırıqlarını təhlil edirlər...

Svetlana Proxorovnanın hər şeyə vaxtı çatır. Bəs dərsin sürətlə keçməsi? Əlbəttə, uşaqların biliyi olmadan belə sürət qeyri-mümkündür. Müəllim şagirdin çavabına diqqət verir: cavab düzgündürsə deməli, növbəti tapşırığı vermək olar, O, proqramı həmişə qabaqlayır.

Onun üçün öyrətmək öyrənmək deməkdir. Onun üçün əsas məsələ bütün metodik vəsaitlərə və proqramlara, yeni dərsliklərə bələd olmaq və onların ən dəyərlilərindən tədrisdə istifadə etməkdir.

Bu sinifdəki ab-hava bütün məktəb üçün səciyyəvidir. Burada müəllimlərin çoxu, sözün əsl mənasında, şəxsiyyətdir, hərəsinin öz xarakteri, öz üslubu vardır və hər biri məktəbə öyrətməyə, tərbiyə etməyə gəlir, özü də bu vəzifəni mümkün qədər yaxşı yerinə yetirməyə çaılşır.

KİMLƏR ÖYRƏDİR

Bu qeyri-adi ölkəyə cüssəsiz, əlaçı məzuna oxşayan, diribaş və çox cazibədar Faina Ələkbərova rəhbərlik edir.

Onun özü 160 nömrəli məktəbin məzunudur və pedaqoji karyerasına da burada başlamışdır. Əvvəlcə pioner dəstə rəhbəri işləyə-işləyə MDU-nun, fəlsəfə fakültəsində təhsil almışdır. Sonra müəllim, tədris hissə müdiri, direktor olmuşdur, yeri gəlmişkən, onu kollektiv seçmişdir, belələri respublikada çox azdır.

Direktorun əsas qayğısı müəllimlərdir. Vaxt vardı ki, müəllimlər çatışmırdı. Gələcək həmkarlarını o, çox diqqətlə seçir. İndi məktəbdə çalışan 150 müəllimdən 5-i elmlər namizədi, 40-dan çoxu ali və birinci dərəcəli müəllim, 9-u rayonun ştatdankənar metodisti, 10-u isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının eksperti və testlərin tərtibçilərindəndir. 20 müəllim yeni proqramların, dərslik və tədris vəsaitlərinin müəllifidir. Məktəbin müəllimləri hər il ən yaxşı müəllim, psixoloq, dərnək rəhbəri, metodist adı uğrunda keçirilən rayon və şəhər müsabiqələrində mükafata layiq yerlər tuturlar.

Təhsil sistemindəki dəyərli yeniliklərin çoxu 160 nömrəli məktəbdə tətbiq olunur. Yuxarı sinif şagirdləri dörd profil üzrə təhsil alırlar: təbiiyyat elmlərinə, humanitar elmlərə üstünlük verən, texniki, iqtisadi təmaüllü siniflər vardır. İstedadlı yeniyetmələr üçün ayrıca siniflər ayrılmışdır.

Ənənəvi məktəb bazasında yaradılmış bu siniflərdə test üsulu ilə müsabiqə əsasında şəhərin hər yerindən gəlmiş uşaqlar oxuyurlar.

Məktəbin direktoru xüsusi istedadı olan, elmə, bədii yaradıcılığa aşkar həvəs göstərən şagirdlər üçün hər çür şərait yaradır. Xüsusi siniflər onların xilası, ümid yerləri isə istedadlı müəllimlərdir. İstedadlı uşaqlara istedadlı da müəllimlər lazımdır.

YERİ GƏLMİŞKƏN

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının məlumatından: Məktəbin məzunları Azərbaycanın ali məktəblərinə daxil olanlar arasında liderləridir. Məktəbin məzunları Rusiya, Ukrayna, ABŞ, Böyük Britaniya, Almaniya və İsrailin ali məktəblərinə də uğurla imtahan verib orada təhsillərini davam etdirirlər.

ÜÇ SAAT VƏ MİN BİR ƏZİYYƏT

Bu gün Azərbaycanın ali məktəblərinə daxil

olarkən toplanan 600 bal 5000 dollardan

daha qiymətlidir

Vaxtilə, sovet dövründə belə bir lətifə var idi. Tbilisi Universitetində elan: “Bu gün imtahan olmayacaq. Bütün biletlər satılmışdır”. Hamı bunu oxuyub gülürdü. Lakin hamı başa düşürdü ki, bu lətifədə bütün sistemə böyük bir eyham vardı. Azərbaycanda ali məktəblərə daxil olmaq üçün qəbul edilmiş vahid qayda bundan şəxsi məqsədlər üçün hər hansı şəkildə istifadə etməyə imkan vermir.

Süleyman QULAY

Məsələnin mahiyyəti belədir. Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yaradılmışdır. Komissiyaya Azərbaycanda, bəlkə də, ən tələbkar qadın olan Məleykə Abbaszadə başçılıq edir. Lakin, əslində, ali məktəbə qəbul zamanı ən tələbkar münsif kompüter sistemidir. Azərbaycan MDB ölkələri arasında yeganə ölkədir ki, Türkiyənin vahid test imtahanları təcrübəsini daha uğurla uyğunlaşdırıb tətbiq edir. Orta məktəb məzunlarının bilik səviyyəsinin obyektik qiymətləndirilməsi məsələlərində Bakının səyləri Avropa Birliyi ölkələrində də dəyərləndirilmişdir.

Vahid imtahan abituriyent üçün geniş seçim deməkdir. Ona 15 ixtisas, daha doğrusu, gələcək peşə fəaliyyəti üçün 15 istiqamət təklif edilir. Abituriyent bu ixtisaslar üzrə 120 sual seçir. Test imtahanları, suallar blokudur. Hər cavab on bal sistemi ilə qiymətləndirilir, 600 bal toplamış abituriyent pulsuz təhsil almaq imkanı qazanır. İmtahan üç saat çəkir.

Bu sistem bəzilərinə mürəkkəb görünür. Məsələn, bu il dövlətin ayırdığı 27.577 yerdən 9235-i boş qalmışdır.

Deyirlər ki, bu, pisdir. Bəziləri əvvəlki tələbə qəbulu sisteminə qayıtmağı tələb edirlər. Əbəs ümidlərdir. Azərbaycan bu sistemdən imtina etməyəcək. Məktəbi əla qiymətlərlə bitirmiş abituriyentlərin yalnız 12 faizi 500-700 bal toplasa da, 36 faizi kifayət qədər bal toplaya bilməsə də, bu sistem qalacaqdır. Ölkə məktəblilərin hazırlıq səviyyəsinin obyektiv mənzərəsini bilməlidir.

Azərbaycanda valideynlər uşaqlarının uğursuzluğunu ürək ağrısı ilə qarşılayırlar. Bu ölkədə işləməyi bacarmayanlara, yaxud istəməyənlərə hörmət etmirlər. Burada insana işinə görə qiymət verirlər. “E-eh” ifadəsi azərbaycanlı üçün ən təhqqiramiz ifadədir.

Buna görə də azərbaycanlılar özlərinə qarşı çox tələbkardırlar. Vicdanlılıq, əməksevərlik, uğur qazanmaq kimi keyfiyyətlər yüksək qiymətləndirilir.

Bəzilərinə elə gələ bilər ki, “uğur qazanmaq” məktəb terminologiyasına aiddir. Amma “uğurlu adam” söz birləşməsi artıq demək olar ki, unudulmuşdur. Əvəzində isə “biznesmen” sözü peyda olmuşdur. Guya ki, uğurun əlaməti elə budur.

Azərbaycanlılar özünütənqiddən qorxmurlar. Məsələn, belə bir fakt göstərilir: sən demə, ali məktəbə daxil olarkən 600-dən çox bal toplayanlar az deyildir. Onlar ölkənin 50 bölgəsinin 120 məktəbini təmsil edirlər.

XÜSUSİ RƏY

Əlbəttə ki, Məleykə Abbaszadə Azərbaycanın ən tələbkar müəllimidir. Ancaq belə bir fikir də var ki, insanın taleyini yalnız və yalnız kompüter həll edə bilməz. İstedadlı adamı yalnız istedadlı və xeyirxah müəllim ayırd edə bilər. Azərbaycanın məktəb sistemində hörmətə layiq ənənələr qorunub saxlanır.

Sual-cavab, hə-yox və 10 bal, yaxud az-çox. Obyektivdir. Amma insan maşın deyildir.

Məntiqsiz görünür: məktəbdə müəllim hər bir şagirdlə məşğul olur, onların hər biri ilə ünsiyyət saxlayır. Şagirdin imkanlarına və qabiliyyətinə, psixologiyasına bələddir.

İndi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qapısı önündə uzun növbələr olur. Gənclər kompüterin qərarı ilə razılaşmırlar.

Prezident Heydər Əliyev təhsil almaq üçün hamıya bərabər imkanların təmin olunmasını tələb edir. Elə təsəvvür yaranır ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası xeyirxah iş görsə də, bu gün öz rolunu artırmağa və hüquq mühafizə orqanının funksiyalarını mənimsəməyə başlamışdır.

Tənqidə əsas vardır. Vahid test imtahanı sisteminin yaxşılığına heç kim şübhə etmir. Ancaq nə üçün ali məktəblərin bütün müəllimlərinin ləyaqəti şübhə altına alınmışdır.

* ARAYIŞ

* 1996-cı ildən bugünədək Azərbaycanda müəllimlərin maaşı 2,8 dəfə, o cümlədən, 1996-cı ildə 40 faiz, 1997-ci ildə 30 faiz, 2000-ci ildə isə 25 faiz artmışdır. Prezident hesab edir ki, bu, yetərli deyildir.

* Dünya Bankının ekspertləri tərəfindən 2002-ci ildə hazırlanmış və yayılmış “Keçid iqtisadiyyatlı ölkələrin təhsil sistemində gizli problemlər” məruzəsində Avropa və Mərkəzi Asiya dövlətlərinin fəaliyyəti üçün 8 zəruri strateji istiqamət göstərilmişdir.

* Beynəlxalq ekspertlər onlardan ikisini – “Təhsildə məlumatların toplanması, monitorinqi və təhlili” və “Ali məktəblərə obyektiv qəbul keçirilməsi”ni həmin ölkələrin təhsil sistemində islahatların sınaqdan çıxmış nümunəsi kimi tövsiyə edirlər. Bunların hər ikisi Azərbaycanın təcrübəsinə əsaslanır. Bu iki çox vacib mövzu Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir.

“İzvestiya-Azərbaycan” səhifələrinin materialları “İntellekt” Araşdırmalar Mərkəzinin (Azərbaycan) iştirakı ilə hazırlanmışdır.

ŞƏKİL SÖZLƏR

Vladimir Putin və Heydər Əliyev Bakı Slavyan Universiteti tələbələrinin qonağıdırlar

ONLAR AZƏRBAYCANDA OXUMUŞLAR

Lev LANDAU - 1 nömrəli Bakı gimnaziyasının məzunu. Bakı İqtisad Texnikumunda və Azərbaycan Dövlət Universitetində oxumuşdur

İqor KURÇATOV - Azərbaycan Politexnik İnstitutunun kafedrasında staj keçmişdir

Nikolay BAYBAKOV - Bakıdakı 67 nömrəli məktəbin, Azərbaycan Neft İnstitutunun məzunu. 1965-1985-ci illərdə SSRİ Dövlət Plan Komitəsinin sədri

Marat BAQLAY - Bakıdakı 160 nömrəli məktəbin məzunu. Rusiya Konstitusiya Məhkəməsinin sədri

Vahid ƏLƏKBƏROV - Bakıdakı 169 nömrəli məktəbin və M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun məzunu. “LUKoyl” konserninin prezidenti

Eduardu duş SANTUŞ - Azərbaycan Neft və Kimya İnstitutunun məzunu. Anqolanın prezidenti

Kərim KƏRİMOV - M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun məzunu. General-leytenant, Lenin mükafatı laureatı

Fərman SALMANOV - M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun məzunu. Tümen vilayətində 20-dən çox neft və qaz yatağı açmışdır

Tahir SALAHOV – Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbinin məzunu. Dünya şöhrətli rəssam

Müslüm MAQOMAYEV – Azərbaycan Dövlət Konservatoriyasının məzunu. SSRİ xalq artisti

Faina Ələkbərova əfsanəvi qadındır.

XARİCDƏ TƏHSİL ALAN AZƏRBAYCANLI TƏLƏBƏLƏR

Türkiyə Respublikası

ABŞ

Almaniya

Rusiya Federasiyası

İngiltərə

Misir Ərəb Respublikası

Çin Xalq Respublikası

Macarıstan

Polşa Respublikası

Avstriya

Ukrayna

Çexiya

Yaponiya

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak edirlər YENİLƏNƏCƏK

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2 VİDEO

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı