ELM VƏ TƏHSİL


I və IV ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat davam edir

Bakı, 21 iyun, AZƏRTAC

I və IV ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat iyulun 4-ü saat 23:59-dək davam edəcək.

AZƏRTAC Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 14:20-yə olan məlumata görə, indiyədək I ixtisas qrupu üzrə 10 min 374 nəfər (Azərbaycan bölməsi 9 min 360, rus bölməsi – 1014), IV ixtisas qrupu üzrə 2 min 64 nəfər (Azərbaycan bölməsi üzrə 1745, rus bölməsi üzrə 319) qeydiyyatdan keçib.

İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Abituriyentlər “Şəxsi kabinet”inin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib verilən link (https://eservices.dim.gov.az/erizebak/cehd2 /) vasitəsilə imtahana yazıla bilərlər. Aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat bu gün saat 11:00-da başa çatıb. II ixtisas qrupu üzrə 12 min 792 nəfər (Azərbaycan bölməsi 11 min 626, rus bölməsi – 1166), III ixtisas qrupu üzrə 16 min 626 nəfər (Azərbaycan bölməsi 15 min 139, rus bölməsi – 1487) qeydiyyatdan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.