MƏDƏNİYYƏT


“İblis” tamaşasının dramaturqu “İlin ən yaxşı dramaturqu” nominasiyası üzrə mükafata layiq görülüb

Ankara, 16 iyul, AZƏRTAC

Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsərinin İstanbulun Harbiyə-Muhsin Ərtuğrul səhnəsinə çıxarılan tamaşasının dramaturqu, teatrşünas Hilmi Zafer Sahin “44-cü İsmət Kuntay Teatr Ödülləri” mükafatlandırılmasında “İlin ən yaxşı dramaturqu” nominasiyası üzrə mükafata layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Türkiyədə ilk dəfə səhnələşdirilən “İblis” tamaşasının quruluşçu rejissoru tanınmış aktrisa, Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasovadır.

Qeyd edək ki, tamaşanın təqdimatı 2019-cu il aprelin 17-də İstanbulda keçirilib. Tamaşanın baş məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyeva, bəstəkarı Azərbaycanın Xalq artisti Aygün Səmədzadədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.