İQTİSADİYYAT
İbrahim Alışov: Problemli kreditlərə dair kompensasiya ödənişlərinin 90 faizdən çoxu icra olunub
Bakı, 27 may, AZƏRTAC
Problemli kreditlərlə bağlı kompensasiya ödənişlərinin 90 faizdən çoxu icra edilib. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın icrası yekun mərhələdədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyəti sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.
O qeyd edib ki, 19 min fiziki şəxs 500 manatdan aşağı kompensasiya məbləğinə sahib olan şəxslərdir. 6 min kart sahibi isə "Azərpoçt"dan öz kartlarını götürməyib: “Ola bilsin ki, həmin vətəndaşlar ya ölkədə yoxdurlar, ya da bu və ya digər səbəbdən vəsaiti götürməyə tələsmirlər. Çünki xeyli sayda vətəndaşımız var ki, onların kompensasiya məbləğləri 20-50 manatdan aşağıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]