REGİONLAR


İbrahim Cəfərov yay məktəbinin iştirakçılarına mühazirə söyləyib

Gəncə, 24 iyul, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) iyulun 22-31-də keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin 2-ci günündə iştirakçılar üçün növbəti mühazirə “Sabahın kənd təsərrüfatında aqrar təhsilin yeri” mövzusunda olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mühazirəni universitetin rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov söyləyib. Kənd təsərrüfatına mövcud təhdidlərdən və işğaldan azad olunmuş ərazilərin geniş və münbit torpaq sahələrini əhatə etdiyindən danışan rektor bildirib ki, “ağıllı kənd” konsepsiyasına əsasən, prosesin elektronlaşdırılması istehsal imkanlarını gücləndirir. “Ağıllı kənd” suvarma sistemindən tutmuş torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış, bir mərkəzdən idarə olunan və bütün platformanın birgə idarə olunduğu bir sistemdir. Həmçinin ən qabaqcıl texnologiyalar və texnotransferlərin tətbiqini nəzərdə tutur. Bu sistemin kənd infrastrukturunun digər sahələrinə - alternativ enerji mənbələrinə və müasir nəqliyyat sisteminə inteqrasiyası “ağıllı kənd”in konsepsiyasını tamamlayacaq.

Mühazirənin interaktivlik dərəcəsi yüksək olmaqla, tələbələrin suallarına ətraflı cavab verilib.

Sonra iştirakçılar ADAU-nun tədris-təcrübə təsərrüfatında olublar. Burada meyvə bağları, müasir heyvandarlıq kompleksi, ət kəsim məntəqəsi və sairləri qonaqlar tərəfindən maraqla qarşılanıb. Ekologiya kafedrasının assistenti Mədinə Abışova tələbələrə “Ekoloji və genetik davamlılığın vəhdəti” mövzusunda təlim keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.