DÜNYA


İbrahim Kalın: Türkiyə beynəlxalq təhlükəsizliyin təmini üçün hər an digər zəruri addımları da ata bilər

İstanbul, 3 oktyabr, AZƏRTAC 

Beynəlxalq təhlükəsizliyimizi təmin etmək üçün Suriya ərazisində bütün terror təşkilatlarına qarşı hər an zəruri addımları ata bilərik.

AZƏRTAC xəbər verir ki, bu sözlər Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın keçirdiyi mətbuat konfransında bildirilib.

O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Fərat çayının şərq sahillərində təhlükəsizliyin təmini barədə fikirləri gündəlikdə duran məsələdir. İbrahim Kalın qeyd edib ki, məsələ yalnız PYD/YPG terror təşkilatlarının Fəratın şərqindən çəkilməsi ilə bitmir. Bölgənin sonrakı taleyi bizi ciddi düşündürən məsələdir. Biz ABŞ rəhbərliyindən PYD/YPG terror təşkilatlarına verdiyi dəstəyi dayandırmasını gözləyirik. Yalnız İŞİD-lə mübarizəyə bir bəhanə qalmayıb. ABŞ-ın Suriyada qalmaq niyyətində olduğunu və məqsədlərini bilirik. Əgər doğrudan da məqsəd terrorla mübarizədirsə, həmçinin İŞİD-in tam şəkildə kökünü kəsməkdirsə, o zaman bu fəaliyyəti genişləndirmək lazımdır.

Prezidentin müşaviri, həmçinin Türkiyənin xarici və daxili siyasəti ilə bağlı gündəlikdə olan məsələlərə, eləcə də regional proseslərlə bağlı digər məqamlara münasibət bildirib, jurnalistlərin suallarını cavablandırıb.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.