CƏMİYYƏT


İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib VİDEO

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycanda tibbi maska və spirtlə bağlı problem yaxın günlərdə öz həllini tapacaq. Belə ki, respublikamıza tibbi maska istehsalı üçün xammal gətirilib. Yaxın günlərdə bakterioloji, nano və cərrahi maskaların istehsalına başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, günə 200 min maska istehsal olunacaq: “Artıq avadanlıqlar quraşdırılıb və prosesə aprelin əvvəlindən başlanılacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.