CƏMİYYƏT


İbrahim Məmmədov: Nazirlər kabineti yanında Operativ Qərargah karantin rejiminin yenidən sərtləşdirilməsini zəruri hesab etmir

Bakı, 22 may, AZƏRTAC 

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədəki ümumi sanitar-epidemioloji vəziyyəti müzakirə edib. Ümumi rəyə görə, vəziyyət karantin rejimini yenidən sərtləşdirmək üçün əsas vermir.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, bəzi ölkələrdə yumşalmadan sonra sərtləşməyə dönüş var. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin sərtləşdirilməsinə qayıtmağı zəruri saymır. Bununla yanaşı, karantin rejiminin daha da yumşaldılması və tamamilə ləğv edilməsi də hələlik mümkün hesab olunmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.