SİYASƏT


İbrahim Nəgim: İslamofobiya ilə mübarizə üçün səylərimizi birləşdirməliyik

İbrahim Nəgim: İslamofobiya ilə mübarizə üçün səylərimizi birləşdirməliyik

Bakı, 16 mart, AZƏRTAC

İslamofobiya tarix boyu mövcud olan fenomen idi. Bu fenomen gələcəkdə də mövcud olacaq. Amma biz buna qarşı necə mübarizə aparmalıyıq sualını verməliyik. Onu azaltmaq üçün nələr edə bilərik, İslamı gözəl şəkildə, olduğu kimi necə göstərməliyik? Müsəlmanlar mübarizə istiqamətində öz üzərilərinə məsuliyyət götürməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Misir Baş Müftisinin baş müşaviri, Ümumdünya Fətva Orqanlarının baş katibi İbrahim Nəgim "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən "Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması” adlı aralıq sessiyada çıxışı zaman deyib.

O bildirib ki, islamofobiya ilə mübarizə üçün səylərimizi birləşdirməliyik: "Bakıda keçirilən bu konfrans dünyaya bizim resurslarımızı birləşdirdiyimizi, bir araya gəlib müzakirələr apardığımızı göstərə bildiyimiz bir vasitədir. İnanırıq ki, bu konfransın sonunda konkret tədbirlər planı qəbul ediləcək. Onun icrası ilə biz islamofobiyanın qarşısını ala biləciyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.