REGİONLAR


İbtidai sinif müəllimləri sertifikasiya imtahanına hazırlaşırlar

Sumqayıt, 5 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

İyulun 5–də Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə sertifikasiya imtahanı ilə əlaqədar ibtidai sinif müəllimləri ilə görüş keçirilib. Görüşdə Abşeron-Xızı Regional Təhsil İdarəsini müdiri İlhamə Abdullayeva, Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov, Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin (MDPİM) direktoru Nəzakət Mehdiyeva, İnsan Resursları Mərkəzinin (İRM) direktoru Nurlan İsmayılbəyli, həmçinin Sumqayıt şəhər, Abşeron və Xızı rayonlarının ibtidai sinif müəllimləri iştirak ediblər.

İdarədən AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsində məqsəd sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini müəllimlərə izah etmək və onları narahat edən məqamlara aydınlıq gətirməkdir.

Əvvəlcə ARTİ-nin direktoru Rüfət Əzizov imtahan barədə ətraflı məlumat verib, imtahana hazırlaşmaq üçün mənbələr haqqında danışıb.

MDPİM-in direktoru Nəzakət Mehdiyeva müəllimlərə dəstəkləyici məlumat resurslarını təqdim edib.

İRM-in direktoru Nurlan İsmayılbəyli imtahanın təşkili qaydaları ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib.

Daha sonra Bakı-Avropa Liseyinin müəllimləri Pərvinə Qədimova və Ülkər Mirzəyeva imtahanın ixtisas üzrə məzmununu şərh ediblər.

Görüş müzakirə formatında davam edib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.