ELM VƏ TƏHSİL


İbtidai siniflər növbəli şəkildə dərsə başlayır VİDEO

Bakı, 22 yanvar, AZƏRTAC

Fevralın 1-dən etibarən ümumtəhsil müəssisələrində ibtidai siniflərdə növbəli şəkildə tədrisə başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev yanvarın 22-də keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, məktəbəhazırlıq qruplarında və icma əsaslı təhsil qruplarında da təhsil bərpa olunacaq.

Xatırladaq ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” Qərar qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.