ELM VƏ TƏHSİL


İbtidai siniflər üçün innovativ “Azərbaycan dili” dərsliyi ilə bağlı vebinar təşkil olunacaq

Bakı, 27 sentyabr, AZƏRTAC

Təhsil İnstitutu sentyabrın 29-da “İbtidai siniflər üçün innovativ “Azərbaycan dili” dərsliyi: dilin tədrisində yeni yanaşmalar, qarşıya çıxan problemlər və onların aradan qaldırılma yolları” adlı vebinar təşkil edəcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, vebinarın moderatoru Tədris resursları şöbəsinin müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rasim Abdurazaqov, spikerlər ibtidai siniflər üçün “Azərbaycan dili” dərslik komplektinin müəlliflər qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov, Sumqayıt şəhəri Nəsirəddin Tusi adına 12 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Zöhrə Məmmədova və Tədris resursları şöbəsinin əməkdaşı, dərslik komplektinin həmmüəllifi Aysel Xanalıyeva olacaq.

Vebinarın keçirilməsində əsas məqsəd müəllimləri, valideynləri və ibtidai təhsil mütəxəssislərini “Azərbaycan dili” dərslik komplektinin yenilənməsinin hansı zərurətdən irəli gəlməsi ilə tanış etmək, dərslik komplektinin quruluşu, məzmunu və təlim metodikasındakı innovativ yanaşmaların xüsusiyyətləri haqqında məlumat vermək və ictimaiyyəti maraqlandıran sualları cavablandırmaqdır.

Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.