CƏMİYYƏT


İcazəsiz balıq ovlayan şəxs saxlanılıb

Bakı, 9 oktyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Xəzər dənizinin Ələt qəsəbəsinin sahil zonasında icazəsiz balıq ovlayan şəxsi saxlayıblar.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı brakonyerin Qaradağ rayon sakini Qurban İskəndərov olduğu müəyyənləşib və ondan ov alətləri, qayıq götürülüb.

Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 495 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.