CƏMİYYƏT
İcazəsiz balıq ovlayan şəxslər saxlanılıblar
Bakı, 6 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Xəzər dənizinin Xaçmaz rayonunu əhatə edən hissəsində icazəsiz balıq ovlayan şəxsləri saxlayıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakini Əlibaba Kərimov və Siyəzən rayon sakini İsa Səmədov olduğu müəyyənləşib. Onlardan ovlanması qadağan edilən 2 uzunburun, 4 nərə və digər balıq növləri, ov alətləri və asma mühərrikli qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq icazəsiz balıq ovlayan şəxslər barəsində 1573 manat məbləğində iddia qaldırılıb.
Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]