İQTİSADİYYAT


İcbari Sığorta Bürosu Dövlət Sığorta Kommersiya Şirkətinin informasiya sisteminə girişini məhdudlaşdırıb

Bakı, 18 may, AZƏRTAC

İcbari Sığorta Bürosu (İSB) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin qərarına əsasən, bu gündən etibarən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin informasiya sisteminə girişini məhdudlaşdırıb.

İSB-dən AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Mülki Məcəlləyə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, palatanın idarə heyətinin 2019-cu il 16 may tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”nə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi mayın 17-dən yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudiyyət qoyulub.

“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin müraciəti əsasında palatanın idarə heyətinin 2019-cu il tarixli 10 may qərarı ilə Qanunun 105.1.1-ci maddəsinə və palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq “AXA MBASK” Sığorta Şirkəti ASC-yə “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə “AXA MBASK” Sığorta Şirkəti ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi məhdudlaşdırılıb. Bununla əlaqədar olaraq, “AXA MBASK” Sığorta Şirkətinin İcbari Sığorta Bürosunun informasiya sisteminə girişinə də məhdudiyyət qoyulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.