İQTİSADİYYAT
İcbari Sığorta Bürosu “Scor” və “Guy Carpenter” şirkətləri ilə danışıqlar aparır
Bakı, 4 iyun, Samirə Quliyeva, AZƏRTAC
İcbari Sığorta Bürosu (İSB) “Yaşıl Kart” Beynəlxalq Sığorta Sisteminə inteqrasiya çərçivəsində təkrarsığorta təminatı almaq üçün bəzi xarici sığorta şirkətləri ilə danışıqlar aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən İSB-nin icraçı direktoru Elxan Quluyev deyib ki, danışıqlar Bürolar Şurasının tələbi ilə aparılır.
“Biz 500 min manatdan limitsiz məbləğədək təkrarsığorta proqramı təqdim etməliyik. Bu məbləğə qədər olan riskləri ya sığortalamalı, ya da müəyyən vəsaiti toplayıb saxlamalıyıq. Hazırda təkrarsığorta üzrə qlobal təkrarsığorta şirkəti olan “Scor”, broker üzrə “Guy Carpenter” şirkəti ilə danışıqlar aparılır”, - deyə E.Quluyev diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]