İQTİSADİYYAT


İcbari Sığorta Bürosu daşınmaz əmlakla bağlı məqalə müsabiqəsinin vaxtını uzadıb

Bakı, 3 aprel, AZƏRTAC

İcbari Sığorta Bürosu (İSB) “Daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası haqqında nə bilirik? Maariflənək, maarifləndirək” mövzusunda məqalə müsabiqəsinin vaxtını uzadır.

İSB-dən AZƏRTAC-a bildirilib ki, məqalə müsabiqəsinin vaxtı aprelin 10-dək uzadılıb. Martın 6-da başlanılan müsabiqəyə mərkəzi və regional elektron və çap KİV-lərində nəşr olunmuş yazılar qəbul olunur. Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 2000, 1500, 1000 manat məbləğində pul mükafatları və müvafiq sertifikatlar veriləcək.

Məqalələr “[email protected]” ünvanına göndərilməlidir. Əlavə məlumat üçün 012 595 00 20 və 994 55 214 31 30 nömrəsinə müraciət edə bilərsiniz. Müsabiqənin şərtləri aşağıdakı linkdə yerləşdirilib.

https://isb.az/meqale-musabiqesi/

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.