İQTİSADİYYAT


İcbari Sığorta Bürosunun elektron sistemi ilə bağlı tətbiq edilə biləcək yeniliklər müzakirə olunub

Bakı, 28 iyun, AZƏRTAC

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə İcbari Sığorta Bürosu (İSB) elektron sisteminin fəaliyyəti ilə bağlı sığorta şirkətlərinin görüşü keçirilib.

Birlikdən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı İcbari Sığorta Bürosunun elektron sistemi ilə bağlı tətbiq edilə biləcək yeniliklər müzakirə olunub, bonus-malus sisteminin şəxsə deyil, avtomobilə münasibətdə tətbiqi, sığorta şəhadətnamələri gözləmə müddəti zamanı ləğvetmə funksiyasının üzv şirkətlərə verilməsi, sığorta şəhadətnaməsi yazılarkən baş verə biləcək digər texniki səhvlərin aradan qaldırılmasının asanlaşdırılması və s. mövzular üzrə fikir mübadiləsi aparılıb.

Görüşün ən əsas hissəsini isə sığorta şirkətləri tərəfindən sığorta vasitəçilərinə təqdim edilən komission haqlarının süni yolla artımının qarşısının alınmasına dair müzakirələr təşkil edib.

Birliyin sədri Mustafa Abbasbəyli vurğulayıb ki, bu növ qanun pozuntuları ilə ciddi mübarizə aparılmalı və sığorta agentləri tərəfindən qeyri-qanuni endirimlərin qarşısı alınmalıdır. Bunun üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi və sığorta şirkətlərinin də nümayəndələrinin iştirakı ilə birlik daxilində bu məsələ ilə məşğul olmaq məqsədilə monitorinq qrupunun formalaşdırılması qərara alınıb.

Bildirilib ki, qrup tərəfindən hər hansı bir şirkətin yüksək komission haqqı verildiyi aşkar ediləcəyi təqdirdə həmin şirkətə qarşı ciddi sanskiyaların tətbiq edilməsi üçün müvafiq tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.