CƏMİYYƏT


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ana ölümü ilə bağlı məlumat yayıb

Bakı, 12 noyabr, AZƏRTAC 

Noyabrın 8-də Yevlax rayon sakini, 28 yaşlı Gülanə Əliyeva ikincili hamiləlik dövründə səhhətində yaranan problemlərlə bağlı ailə həkiminin göndərişi ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib. Yevlax MRX-da aparılmış müayinə nəticəsində G.Əliyevada hamiləliklə yanaşı patologiyalar aşkarlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, tibbi təlimata əsasən o, həmin gün təcili tibbi yardım maşını ilə həkim nəzarəti altında Səhiyyə Nazirliyi akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Patoloji hamiləlik söbəsinə göndərilib. 10 noyabr 2019-cu il tarixində G.Əliyeva həmin tibb müəssisəsində uşaq dünyaya gətirib. Ananın ölümü doğuşdan sonra baş verib.

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş vermiş ana ölümü ilə bağlı araşdırmanın aparılması Səhiyyə Nazirliyinin səlahiyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.