CƏMİYYƏT


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və UNEC arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, 22 sentyabr, AZƏRTAC 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə AZƏRTAC-a agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və UNEC-in rektoru, professor Ədalət Muradov arasında imzalanan memorandum ölkədə həyata keçirilən sosial və iqtisadi sahədə islahatların genişləndirilməsinə dəstək göstərməklə, icbari tibbi sığortanın tətbiqi və səhiyyə sahəsinin idarəedilməsi üzrə lazımi ixtisasların yaradılması və mütəxəssislərin hazırlanması istiqamətində qarşılıqlı əməkdaşlığı özündə ehtiva edir. Memorandum çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, xarici təcrübənin öyrənilməsi və lazım olan təcrübənin ölkədə tətbiq olunması üzrə əməkdaşlıq nəzərdə tutulur.

Sənədə əsasən, tərəflər tibbi xidmətlərin iqtisadi təhlili, postsovet ölkələrinin təcrübə və müvafiq sahələrdə boşluqlarının öyrənilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Eyni zamanda tərəflər icbari tibbi sığortanın xidmətlər zərfinin yenilənməsi və göstərilən tibbi xidmətlərdən məmnunluğun öyrənilməsi üçün əhali arasında sorğular keçirməklə bağlı razılığa gəliblər.

Memorandum çərçivəsində həyata keçiriləcək tədbir və tədqiqatları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi birgə həyata keçirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.