CƏMİYYƏT


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Dünya Bankının nümayəndələri ilə görüş olub

Bakı, 19 may, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə səhiyyə, qidalanma və əhali sahəsində praktikasının meneceri Tania Dmitraçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadla bildirir ki, görüşdə “Elektron Səhiyyə və Tibbi İddiaların İdarə edilməsi Sisteminin İnkişafı” üzrə texniki yardım layihəsi çərçivəsində Dünya Bankının dəstəyi ilə ötən ildən səhiyyənin rəqəmsallaşması və tibbi iddiaların idarə edilməsi sisteminin gücləndirilməsinə yönəlmiş layihə haqqında fikir mübadiləsi aparılıb. Beynəlxalq mütəxəssislər icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin dəyərinin tibb müəssisələrinə ödənilməsi mexanizmini və tibbi iddiaların idarə olunması sistemini təhlil edirlər. Səfər müddətində qonaqlar tibb təchizatçılarına ödənişlərin həyata keçirilməsi mexanizminin mövcud vəziyyəti ilə əyani tanış olmaq üçün tibb müəssisələrinə baş çəkəcəklər.

Nümayəndə heyəti, həmçinin elektron səhiyyə sisteminin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və digər maraqlı tərəflərlə görüşlər keçirəcək. Layihənin sonunda Dünya Bankının Azərbaycanının 2022-2026-cı illəri əhatə edən səhiyyə ilə bağlı Milli İnformasiya Strategiyasının layihəsi və tibbi iddiaların idarə edilməsi sisteminin inkişafı ilə bağlı texniki tövsiyələri müvafiq qurumlara təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.