İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzi xidmətində “Açıq qapı” günü keçiriləcək
AzerTAg.az

Bakı, 9 fevral, AZƏRTAC
Cari ilin fevralın 14-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzi xidmətində media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Açıq qapı” günü keçiriləcək.
AZƏRTAC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, tədbir media nümayəndələri üçün həmin tarixdə saat 11:00-dan 13:00-ə qədər, QHT nümayəndələri üçün isə 15:00-dan 17:00-dək keçiriləcək. Həmin müddət ərzində Çağrı mərkəzinə daxil olmaq mümkündür.
Qeyd edilib ki, “Açıq qapı" gününün keçirilməsində məqsəd dəvətliləri qurumun Çağrı mərkəzinin fəaliyyəti ilə əyani tanış etmək, zənglərin cavablandırılması və qeydə alınması proseslərini izləmələrinə şərait yaratmaq, onları maraqlandıran sualları cavablandırmaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var