CƏMİYYƏT


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vətəndaşlarla görüşüb

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 6-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev vətəndaşlarla görüşüb.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı vətəndaşların sualları əsasən icbari tibbi sığortanın tətbiqi, müayinə-müalicə və s. məsələlərlə əlaqədar olub.

Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaşların rahatlığını təmin etmək məqsədilə bu il agentliyin rəsmi internet saytında vətəndaşların qəbulu cədvəli yerləşdirilib, qəbula yazılmaq üçün elektron poçt ünvanları qeyd edilib və xüsusi elektron bölmə yaradılıb.

Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq agentlik tərəfindən vətəndaşların icbari tibbi sığortanın tətbiq edildiyi pilot regionlarda - Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında qəbula xüsusi diqqət yetirilir. Belə ki, ötən il ərzində agentliyin İdarə Heyətinin sədri ümumilikdə 231 vətəndaşı qəbul edib. Onların 141 nəfəri ilə pilot regionlarda səyyar qaydada qəbul keçirilib.

Səyyar qəbullar pilot ərazilərdə həyata keçirilən işlərin mövcud vəziyyətinin yerində öyrənilməsi, müsbət nəticələr, vətəndaş məmnunluğunun əldə edilməsi və problemlərin həlli yollarının müəyyən olunması üçün əhəmiyyətli rol oynayıb. Ötən il keçirilən qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 46 faizi müsbət həllini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.