İQTİSADİYYAT


İcbari tibbi sığorta sistemində sahibkarların rolu müzakirə olunacaq

Bakı, 15 aprel, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə mayın 5-də "İcbari tibbi sığorta sistemində sahibkarların (işəgötürənlərin) rolu: sığortalan və sığortala" mövzusunda dəyirmi masa keçiriləcək.

AZƏRTAC ASK-ya istinadla xəbər verir ki, icbari tibbi sığorta sosial layihə olaraq əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verməklə səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək məqsədi daşıyır.

Dəyirmi masada "Azərbaycanda icbari tibbi sığortanın tətbiqi: 2020-ci ilə hazırlıq", "İcbari tibbi sığorta üzrə sığortalıların hüquq və vəzifələri", "Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu" mövzularında müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.