CƏMİYYƏT


İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək

Bakı, 20 avqust, AZƏRTAC

Gələn il yanvarın 1-dən ölkəmizdə icbari tibbi sığorta sistemi tətbiq olunacaq. Ona görə də bu il icbari tibbi sığortanın tətbiqinə keçid üçün hazırlıq ilidir və bu sahədə aparılan vacib işlərdən biri bununla əlaqədar olaraq əhalinin intensiv şəkildə maarifləndirilməsi tədbiridir.

“Sağlamlığa Xidmət” İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin texniki köməyi ilə “İlkin səhiyyə xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin İcbari Tibbi Sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsi həyata keçirilir.

Məqsəd paytaxtda və ölkəmizin üç bölgəsində əhalinin və ilkin səhiyyə xidməti sahəsində çalışan tibb işçilərinin icbari tibbi sığorta mexanizmi barədə maarifləndirilməsidir.

Layihə çərçivəsində ilk tədbir avqustun 23-də Şəmkir rayonunda keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.